Rusiya pensiya yaşına çatan hərbçiləri döyüşə aparır: "Babalar ordusu" nə vaxt hücuma keçəcək?

Rusiya pensiya yaşına çatan hərbçiləri döyüşə aparır:
Müharibədə gözlənilmədən böyük itkilər verən Rusiya ordusu pensiya yaşına çatmış əsgərləri və 60 yaşına qədər könüllüləri çağırmağa başlayıb.
 
Sfera.az bildirir ki, bu barədə Rusiya mətbuatı məlumat dərc edib. 

Xəbərə əsasən, Ukrayna ordusunun getdikcə daha çox tankı məhv etməsindən sonra Kreml istefada olan veteranları və könüllüləri Çelyabinsk və Tümendə orduya qoşulmağa dəvət edib. 

Britaniyanın "The Times” qəzetində dərc olunan yazıya görə, 60 yaşlı və əksəriyyəti Moskvadan kənardan olan təxminən 60 min ehtiyatda olan hərbçi artıq döyüşə çağırılıb. Bu əsgərləri Rusiya ordusunun dörddə birini təşkil edən 18-27 yaş arası gənc və təcrübəsiz əsgərlər müşayiət edəcək.

Daha çox tank komandiri, snayper və mühəndis tapmağa çalışan Kremlin bu addımı xarici mətbuatda "babalar ordusu” başlıqları ilə tirajlanıb. 

Ukrayna kəşfiyyatının məlumatına görə, yeni daxil olanların çoxu Kalmıkiya, İnquşetiya və Dağıstan respublikalarından olan etnik azlıqlardır. Hesabatlarda Qərbi Rusiyanın Gürcüstanın iki separatçı regionu Abxaziya və Cənubi Osetiyadan əsgərlər cəlb etdiyi də bildirilib.

Rusiya üzrə tədqiqatçı Emili Ferris vurğulayıb ki, Putin etnik azlıqlara güvənir, çünki onun öz xalqı slavyanlara qarşı döyüşməkdən çəkinir. Rusiya müharibə taktikası üzrə baş elmi işçi Mətyu Bolik isə  "Yeni gələnlər, həmçinin A nöqtəsindən B nöqtəsinə yük maşını sürmək üçün istifadə edilə bilər. Onlar döyüş əməliyyatları üçün uyğun deyil. Əgər onlara döyüş sursatı və ya tibbi ləvazimatları idarə etmək üçün kimsə lazımdırsa, bunu 60 yaşlı birinin etməsi mümkün görünmür”.

Qeyd edək ki, Rusiya Ukraynaya qoşun yeritmədiyini bildirsə də, indiyədək orduda ümumilikdə 134 500 nəfər qeydiyyatdan keçib. NATO 15 min rus əsgərinin öldüyünü düşünür, Ukraynaya görə bu rəqəm 18 mini keçib.

Günay Rəsulqızı
Sfera.az

 

OXŞAR XƏBƏRLƏR

İŞİD terror təşkilatının Suriya və İraq üzrə rəhbəri öldürüldü

İŞİD terror təşkilatının Suriya və İraq lideri Abdullah Maki Musleh El Rifai öldürülüb.   Sfera.az xəbər verir ki, bu barədə İraqın Baş naziri M...

Sovet dövründəki kimi qonşuluq şəraitində yaşamalıyıq - Prezident

Ətrafımızda baş verən böhranlardan regionumuzun qorunması vacib məsələdir. Təəssüflər ki, onilliklər ərzində Cənubi Qafqaz qarşıdurma və düşmənçilik bölgəsi olu...

Bu çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xızı rayonu, Zəngəzur küçəsi, ev 7 ünvanında fiziki şəxs İlyasova Mehparə Ağahüseyn qızına məxsus çörək ...

PA-nın Vətəndaş Qəbulu Mərkəzində aprel ayı üçün qəbul cədvəli AÇIQLANDI

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının (PA) Vətəndaş Qəbulu Mərkəzində 2025-ci ilin aprel ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb. &nbs...

Bayramov İƏT-in baş katibi ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 12-ci Bakı Qlobal Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan İqtisadi Əməkdaşlıq Təşkilatının baş katib...

Prezident “Euronews”a müsahibə verib - Tam mətn

Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də XII Qlobal Bakı Forumu zamanı “Euronews” televiziyasına müsahibə verib.   Sfera.az xəbər ...