Pakistanın baş nazirinin gələcəyi təhlükə altındadır? – Məhkəməyə müraciət olundu

Media
11:28 / 05.04.2022
964
Pakistanın baş naziri
İmran Xanın gələcəyi təhlükə altında ola bilər.
Əzizə Zeynal
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, Ali Məhkəmənin
bugünkü qərarı ilə baş nazirin aqibətinin necə olacağı bəlli olacaq. Müxalifətin
ona impiçment elan etmək cəhdindən sonra Xanın vəziyyəti qeyri-müəyyənləşib.
Müxalifət liderləri
bazar günü Xana qarşı etimadsızlıq səsverməsi keçirməyi planlaşdırıblar. Lakin
səsvermə Xanın partiyası tərəfindən əngəllənib.
Müxalifət partiyası
nümayəndələri bu vəziyyətə reaksiya verərək etimadsızlıq səsverməsinə mane
olmağın qanuni olub-olmaması barədə qərar vermək üçün Ali Məhkəməyə müraciət
edib.
Ali Məhkəmə iki yolla qərar
verə bilər:
Əgər məhkəmə
etimadsızlıq səsverməsinin bloklanmasını konstitusiyaya zidd hesab edərsə,
etimadsızlıq səsverməsini davam etdirmək qərarına gələ bilər. Onun həyata
keçirilməsi Xanın baş nazirliyinin sonu demək olardı. Lakin məhkəmə spikerin qərarını
düzgün hesab edib, məhkəmənin parlament işlərinə qarışa bilməyəcəyinə qərar verərsə,
bu, Xanın kövrək qələbəsi olacaq.
Bundan sonra Xan növbəti
90 gün ərzində seçkilərin keçirilməsini təmin edəcək müvəqqəti hökumət
yaratmalı olacaq. Onun sonda qalib gələcəyinə zəmanət yoxdur.
Əzizə Zeynal