Zelenski BMT Təhlükəsizlik Şurasında çıxış edəcək

Media
10:27 / 05.04.2022
1048
"Ukrayna
Prezidenti Vladimir Zelenski bu gün Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik
Şurasında (BMT TŞ) çıxış edəcək”.
Sfera.az xəbər
verir ki, bu barədə Böyük Britaniya daimi nümayəndəliyi "Twitter" hesabında
yazıb.
"Britaniya
Şuraya sədrlik etdiyi müddətdə Rusiyanın hərbi cinayətləri ilə bağlı həqiqətin
eşidilməsini təmin edəcək. Biz Putinin müharibəsini və həqiqəti ifşa edəcəyik",
- məlumatda bildirilir.
Turan Rzayev
Sfera.az