Rusiyadan bəyanat: Putin və Zelenski görüşəcəkmi?

Media
23:25 / 04.04.2022
3249
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski arasında planlaşdırılan görüş barədə açıqlama verib.
Uzun sürən görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında çıxış edən Misirin xarici işlər naziri Samih Şükri Rusiya ilə Ukrayna arasında vasitəçi olmaq istədiklərini ifadə edərək, "Rusiya ilə Ukrayna arasında birbaşa danışıqları asanlaşdırmağı hədəfləyirik. Biz hərbi münaqişəyə ən qısa zamanda son qoymaq, etimadın yaradılması üçün danışıqlara başlamaq və danışıqlar prosesinin maraqlara uyğun irəliləməsi üçün vasitəçilik səylərinə hazır olduğumuzu bir daha təsdiqlədik”, - deyə bildirib.
Əzizə Zeynal
Sfera.az
Sfera.az xəbər verir ki, Lavrov bəyan edib ki, Putin və Zelenskinin görüşü Rusiya-Ukrayna nümayəndə heyətlərinin danışıqlarının nəticələrinə əsasən baş tutacaq.
Lavrov Rusiya-Ukrayna böhranının monitorinqindən məsul olan Ərəb Liqasının baş katibi Əhməd Əbu Qayt və nümayəndə heyətini Rusiyanın paytaxtı Moskvada qəbul edib. Ərəb Liqasının baş katibi Əhməd Əbu Qayt, həmçinin Misir, İordaniya, Əlcəzair, İraq və Sudan xarici işlər nazirlərinin daxil olduğu nümayəndə heyəti Lavrovla Ukrayna-Rusiya məsələsini müzakirə edib.