Gürcüstan “faydalı virus”lar hazırlayır – Daha ucuz VARİANT

Gürcüstan “faydalı virus”lar hazırlayır – Daha ucuz VARİANT
Bir virusun yaratdığı epidemiya milyonlarla insanın ölümünə səbəb olub və bütün dünyanı alt-üst edib. 
 
İndi isə aparılan klinik sınaqlar virusların həm də həyatı xilas edə biləcəyini göstərir.

Sfera.az xəbər verir ki, Gürcüstanın Tbilisi şəhərindəki laboratoriyada "faydalı viruslar” antibiotiklərə qarşı müqavimət yaradan bakteriyalarla mübarizə aparmaq üçün yetişdirilir.

Bədənin infeksiyaların müalicəsi üçün verilən dərmanlara qarşı müqaviməti mənasını verən Antimikrobiyal Müqavimət (AMD) çağımızın gizli təhlükələrindən biri adlandırılır və bunun yeni epidemiyalara yol açacağından qorxulur. 

Gürcüstanda aparılan qabaqcıl tədqiqatda istehsal olunan bakteriofaqlar - bakteriya yeyən viruslar bu problemin həlli ola bilər. Onlar antibiotiklərə dözümlü bakteriyalar üçün ən effektiv silah kimi diqqət çəkirlər. 

Gürcüstandakı Eliava Bakteriofaq İnstitutundan Mzia Kutateladze antibiotiklərin sağalda bilmədiyi xəstələri sağaltdıqlarını qeyd edib. Ən sadə infeksiyanın belə ölümcül ola biləcəyini bildirən mütəxəssis antibiotiklərə qarşı dirəncli patogeni məhv etmək üçün "faqoterapiya”nın ən yaxşı alternativ üsul olduğunu deyib.

Bu metodun uğuruna misal olaraq 2016-cı ildə Brüssel hava limanında törədilən bombalı hücumlarda yaralanan qadının sağalma prosesini göstərmək olar. İki il ərzində antibiotik müalicəsinə reaksiya verməyən xəstəni üç ay ərzində sağaltmaq üçün Tbilisidən bakteriofaqlar göndərilmişdi.

Bakteriofaq əsaslı dərmanlar hələ antibiotikləri əvəz etməyə namizəd deyillər, lakin tədqiqatçılar bu müalicənin ucuz olmasını, heç bir əks təsirinin olmamasını, orqanlara zərər vermədiyini və bağırsaq florasını dəyişmədiyini əsas gətirərək çox böyük üstünlüklərə malik olduğunu vurğulayırlar.

Əzizə Zeynal 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

İŞİD terror təşkilatının Suriya və İraq üzrə rəhbəri öldürüldü

İŞİD terror təşkilatının Suriya və İraq lideri Abdullah Maki Musleh El Rifai öldürülüb.   Sfera.az xəbər verir ki, bu barədə İraqın Baş naziri M...

Sovet dövründəki kimi qonşuluq şəraitində yaşamalıyıq - Prezident

Ətrafımızda baş verən böhranlardan regionumuzun qorunması vacib məsələdir. Təəssüflər ki, onilliklər ərzində Cənubi Qafqaz qarşıdurma və düşmənçilik bölgəsi olu...

Bu çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xızı rayonu, Zəngəzur küçəsi, ev 7 ünvanında fiziki şəxs İlyasova Mehparə Ağahüseyn qızına məxsus çörək ...

PA-nın Vətəndaş Qəbulu Mərkəzində aprel ayı üçün qəbul cədvəli AÇIQLANDI

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının (PA) Vətəndaş Qəbulu Mərkəzində 2025-ci ilin aprel ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb. &nbs...

Bayramov İƏT-in baş katibi ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 12-ci Bakı Qlobal Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan İqtisadi Əməkdaşlıq Təşkilatının baş katib...

Prezident “Euronews”a müsahibə verib - Tam mətn

Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də XII Qlobal Bakı Forumu zamanı “Euronews” televiziyasına müsahibə verib.   Sfera.az xəbər ...