Vətəndaş plastik kartla ödəniş etmək istəyir: Restoran işçisi isə...

Media
19:43 / 04.04.2022
2594
Son zamanlar paytaxtın bəzi mağaza
və restoranlarında vətəndaşlar ödəmələr ilə bağlı problemlə üzləşir. Belə ki,
ödəməni plastik kartla etmək istəyən vətəndaşlara post-terminalın olmadığı və
yaxud işləmədiyi deyilir. Əvəzində isə "kartdan karta” ödəmə təklif edilir.
Bu isə həm müştərilərə yorucu gəlir, həm də əməliyyat zamanı komissiya itkisi ilə üzləşmələrinə səbəb olur.
Mövzu ilə bağlı Sfera.az-a danışan iqtisadçı ekspert Ruslan Atakişiyev bildirib ki, Azərbaycan Respublikasının vergilər məcəlləsi və Nazirlər Kabinetinin müvafiq qərarlarına görə, bütün ictimai iaşə obyektləri, restoran, kofelər, ticarət müəsisələri fəaliyyət göstərdikləri müddət ərzində nağd ödəniş üçün kartla ödəniş aparatı, nağdsız ödənişlər üçün isə post-terminal quraşdırmalıdır.
"Qanunvericiliyə görə kassa aparatı, post-terminal quraşdırılmamış və ya işləməyən heç bir müəssisə fəaliyyət göstərə bilməz. Vətəndaş bu halla üzləşdikdə 195-2 çağrı mərkəzinə zəng edərək şikayətini bildirə bilər. Bu hal aşkarlanan zaman istənilən obyekt ilkin 1500 azn, ikinci dəfə 3000, üçüncü dəfə isə 6000 azn cəlimələnir”.

Turan Rzayev
Sfera.az