Üçtərəfli görüşdən GÖZLƏNTİLƏR - Rusiyanın reaksiyası necə olacaq?

Media
13:46 / 04.04.2022
1000
Aprelin 6-da Brüsseldə Avropa İttifaqının
Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş
naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək.
Mövzu ilə bağlı Sfera.az-a danışan "Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi"nin rəhbəri Samir Hümbətovdanışıqlar masasında mina xəritələrinin veriləcəyini və problemli məsələlərin həlli istiqamətində müzakirələrin aparılacağını deyib:
"Görüşdə Azərbaycan və Ermənistan arasında mübahisəli qalan məsələlərin müzakirəsi aparılacaq. Xüsusilə tərəflər arasında ərazi bütövlüyünün tanınması, delimitasiya və demarkasiya işlərinin aparılmasının nizama salınması aktual olacaq. Burada digər maraqlı məsələ ondan ibarətdir ki, Ermənistan tərəfindən Azərbaycana verilən mina xəritələrində yanlışlar var və görüşdə düzgün xəritələrin verilməsi məsələsi aktuallaşa bilər. Eyni zamanda 92-ci ildən əsir götürülən vətəndaşlarımızın taleyi ilə bağlı mövzu da gündəmdə ola bilər”.
Politoloq Rusiyanın görüşlə bağlı iradının olduğunu da sözlərinə əlavə edib:
Sfera.az
Görüşün hansı formatda keçiriləcəyi bəlli deyil.
Maraqlıdır, danışıqlar zamanı yekun nəticə almaq
mümkün ola biləcək? Vasitəçi tərəfin Avropa İttifaqı olması Rusiyanın hansı şəkildə reaksiya verməsi ilə nəticələnə
bilər?
Mövzu ilə bağlı Sfera.az-a danışan "Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi"nin rəhbəri Samir Hümbətovdanışıqlar masasında mina xəritələrinin veriləcəyini və problemli məsələlərin həlli istiqamətində müzakirələrin aparılacağını deyib:
"Görüşdə Azərbaycan və Ermənistan arasında mübahisəli qalan məsələlərin müzakirəsi aparılacaq. Xüsusilə tərəflər arasında ərazi bütövlüyünün tanınması, delimitasiya və demarkasiya işlərinin aparılmasının nizama salınması aktual olacaq. Burada digər maraqlı məsələ ondan ibarətdir ki, Ermənistan tərəfindən Azərbaycana verilən mina xəritələrində yanlışlar var və görüşdə düzgün xəritələrin verilməsi məsələsi aktuallaşa bilər. Eyni zamanda 92-ci ildən əsir götürülən vətəndaşlarımızın taleyi ilə bağlı mövzu da gündəmdə ola bilər”.
Politoloq Rusiyanın görüşlə bağlı iradının olduğunu da sözlərinə əlavə edib:
"Rusiya istəməz ki, onun nəzarətində olan münaqişəyə
hansısa ölkə müdaxilə etsin. Bir neçə gün öncə Rusiya Prezidenti Vladimir Putin
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla
görüş keçirdi. Rusiya nəzarət mexanizminin itməsini istəməsə də reallıq fərqlidir.
Bu məsələyə Avropa İttifaqının müdaxiləsi həm Paşinyanın, həm də Azərbaycan
Prezidentinin maraq dairəsindədir. Belə ki, Azərbaycanın Aİ ilə xüsusilə enerji
məsələləri ilə əlaqədar güclü əməkdaşlığı var. Rusiyanın görüşə narazılığı olsa
belə, tərəflərin iradəsi nəticəsində danışıqlar baş tutacaq”.
Əzizə Zeynal