Bu ölkə Rusiyaya qarşı sanksiyaları əngəlləyir

Media
12:48 / 04.04.2022
938
Polşanın baş naziri Mateuş Moravetski Avropa İttifaqı tərəfindən Rusiyaya qarşı yeni ağır sanksiyaların tətbiqinə Almaniyanın maneəçilik yaratdığını bildirib.
Vasif
Sfera.az
Sfera.az "RİA Novosti”yə istinadən xəbər verir ki, Polşanın baş naziri Almaniyanı Rusiyaya qarşı sanksiyalarda "əsas əyləc” adlandırıb:
"Avropada vəziyyət çox sadədir. Hər şeyi sammitlərdə görmək olar. Almaniya ağır sanksiyaların əsas maneəçisidir".
Moravetskinin sözlərinə görə, Almaniya və digər böyük ölkələr öz bizneslərini qorumaq üçün sanksiyaların tətbiqini ləngidir:
"Sanksiyaların tətbiqini çətinləşdirən əsas ölkələr Qərbi Avropanın böyük ölkələridir. Onlar ya öz bizneslərinin ciddi zərər görməsindən, ya da başqa səbəblərdən qorxurlar”.
Vasif
Sfera.az