İmran xan istefa verdi: Onu kimsə əvəzləyəcək, yoxsa...?

İmran xan istefa verdi: Onu kimsə əvəzləyəcək, yoxsa...?
Pakistan Nazirlər Kabineti ölkə konstitusiyasının 48-ci maddəsinin 1-ci bəndi ilə 58-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq Prezident tərəfindən Milli Assambleyanın buraxılması nəticəsində Baş nazir İmran Xanın istefa verdiyini açıqlayıb.
 
Növbədənkənar parlament seçkiləri 90 gün sonra keçiriləcək və baş nazir təyin olunanadək İmran Xan vəzifəsini icra edəcək.

İmran Xan niyə istefa verdi?

İmran Xanın istefası gözlənilən idi. Məsələ ondadır ki, İmran Xanın bir müddət öncə Rusiyaya səfəri ölkədə ciddi etirazlara səbəb olub. Səfər sonrası müxalifət ölkə parlamentində İmran Xana etimadsızlıq səsverməsi keçirməyə cəhd etdi. İmran Xan isə Parlamentin ona etimadsızlıq təklifini rədd edib. Daha sonra isə o Nazirlər Kabinetini istefaya göndərib.
 
İmran Xan müxalifət təmsilçilərinin onu istefaya səsləməsini ABŞ-ın hökuməti devirməsi olaraq qiymətləndirib. Təsadüfi deyil ki, Pakistan Prezidenti Arif Alvi Baş nazir İmran Xanın təklifi ilə bir neçə gün öncə Milli Assambleyanı (parlamentin aşağı palatası) buraxdı. Yəni həm Milli Assambleyanın buraxılması, həm də özünün istefa verməsi onun konkret planı əsasında həyata keçirilir.

Yeni baş nazir kim olacaq?

Hazırda baş verən proseslərin İmran Xanın nəzarətində həyata keçirildiyi görünür. Bu mənada mümkündür ki, o yenidən baş nazir seçilsin. Bununla belə hazırda İmran Xanın postuna əsas namizəd, həmçinin onun rəqibi şübhəsiz ki, Müsəlman Liqasına mənsub olan Mian Məhəmməd Şahbaz Şərifdir. Yəni hansısa fors-major hal baş verməsə, İmran Xanı Mian Məhəmməd Şahbaz Şərif əvəzləyə bilər. Lakin hələlik bunun baş verməsi mümkün deyil.
 
İmran Xanın yoxluğu İslamabadın Ankara və Bakı baxışını dəyişə bilər?

Bu gün olmasa da, gec-tez Pakistanda İmran Xan dövrü bitəcək. İmran Xandan sonra hakmiyyətə kimin gəlməsindən asılı olmayaraq Pakistanın xarici siyasətində kəskin dəyişikliklər olacağını düşünmürəm. Pakistanın iqtisadi və xarici siyasəti nəinki Azərbaycan, Türkiyə, heç Böyük Britaniya, ABŞ, Çin, Hindistana qarşı da dəyişməyəcək.

Turan Rzayev
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Sovet dövründəki kimi qonşuluq şəraitində yaşamalıyıq - Prezident

Ətrafımızda baş verən böhranlardan regionumuzun qorunması vacib məsələdir. Təəssüflər ki, onilliklər ərzində Cənubi Qafqaz qarşıdurma və düşmənçilik bölgəsi olu...

Bu çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xızı rayonu, Zəngəzur küçəsi, ev 7 ünvanında fiziki şəxs İlyasova Mehparə Ağahüseyn qızına məxsus çörək ...

PA-nın Vətəndaş Qəbulu Mərkəzində aprel ayı üçün qəbul cədvəli AÇIQLANDI

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının (PA) Vətəndaş Qəbulu Mərkəzində 2025-ci ilin aprel ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb. &nbs...

Bayramov İƏT-in baş katibi ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 12-ci Bakı Qlobal Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan İqtisadi Əməkdaşlıq Təşkilatının baş katib...

Prezident “Euronews”a müsahibə verib - Tam mətn

Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də XII Qlobal Bakı Forumu zamanı “Euronews” televiziyasına müsahibə verib.   Sfera.az xəbər ...

Bunu etsəniz, 6 min manat CƏRİMƏLƏNƏCƏKSİNİZ

"İstehlakçıların malın ölçüsünə, çəkisinə və hesabına dair aldadılmasına görə İnzibati Xətalar Məcəlləsində məsuliyyət tədbiri nəzərdə tutulub". &n...