Mingəçevirdə kütləvi zəhərlənmə - 5-i azyaşlıdır
Hadisə
07:43 / 04.04.2022
1392
Bu gün axşam saatlarında Mingəçevir şəhərində müxtəlif ünvanlardan zəhərlənmə diaqnozu ilə təcili tibbi yardım xidmətinə kütləvi müraciətlər daxil olub.
Sfera.az xəbər verir ki, "Qafqazinfo"ya Mingəçevir şəhər xəstəxanasından zəhərlənmə faktları ilə bağlı axşam saatlarından etibarən kütləvi müraciətlərin olmasını təsdiq ediblər.
Bildirilib ki, zəhərlənən sakinlərdən 5-i azyaşlıdır. Onların dəm qazından zəhərlənməsi ehtimal edilir.
Hadisə ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, zəhərlənmə diaqnozu ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilmiş 16 nəfərdən (11 orta yaşlı, 5 uşaq ) 14-ü ilkin təxirəsalınmaz tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Digər 2 nəfərin isə vəziyyəti stabildir.
Zəruri yardımlar göstərildikdən sonra ambulator müalicələrini davam etdirilmələri üçün evə buraxılmaları planlaşdırılır.