Hamının sərvəti azalarkən, o, milyardlar qazandı: Ən varlılar siyahısına yeni ad daxil oldu - FOTO

Hamının sərvəti azalarkən, o, milyardlar qazandı: Ən varlılar siyahısına yeni ad daxil oldu - FOTO
100 milyard dollar və daha çox sərvəti olan zənginlərin siyahısına daha biri əlavə edilib.
 
Sfera.az bildirir ki, bu, Hindistan və Asiyanın ən varlı adamı Quatam Adani olub. Məlumata görə, 59 yaşlı Adani ilin əvvəlindən sərvətini 23,5 milyard dollar artırıb. 

İlk sərvətini kömür sektorunda qazanan Guatam son iki ildə yaşıl enerji və infrastruktur layihələri ilə sərvətini sürətlə böyüdüb, Fransanın "Total” və ABŞ-ın "Warburg Pincus” kimi böyük şirkətlərindən investisiyalar alıb. İş adamı limanlara, mədənlərə və enerjiyə sərmayələri ilə dünyanın ən zəngin insanlarını siyahıya alan "Bloomberg” milyarderlər indeksində 10-cu yerdə qərarlaşıb.
 
Dünyanın ən zəngin 10 adamı hazırda 1 trilyon 254 milyard dollarlıq sərvətə sahibdir. Ən zəngin 10 adam arasında 8 amerikalı, bir fransız və bir hindistanlı var.

"Tesla” şirkətinin rəhbəri İlon Mask dünyanın ən varlı adamları siyahısında birinci yerdədir. İlin əvvəlindən sərvətini təxminən 2,8 milyard dollar artıran Maskın sərvəti hazırda 273 milyard dollara çatıb. 

"Amazon”un qurucusu Ceff Bezosun sərvəti bu il 4 milyard dollar azalıb,  lakin 188 milyard dollarlıq sərvətlə o, ən zəngin klubda ikinci yerdədir.
Fransanın və Avropanın ən varlı adamı Bernard Arno ilin əvvəlindən bu yana 29,5 milyard dollar itirməsinə baxmayaraq, 148 milyard dollar sərvətlə üçüncü yerdə qərarlaşıb.  

Bu il 5,2 milyard dollar itirən "Microsoft"un rəhbəri Bill Qeyts 133 milyard dollarlıq sərvətlə siyahıda dördüncü yerdədir. 

Əfsanəvi səhm investoru Uorren Baffet bu il sərvətini 18,3 milyard dollar artırıb və hazırda 127 milyard dollar sərvətlə beşinci ən varlı şəxsdir. 

"Google"un təsisçiləri Larri Peyc və Sergey Brin müvafiq olaraq 125 milyard və 119 milyard dollar sərvətlə siyahıda altıncı və yeddinci yerləri tuturlar.

"Microsoft”un keçmiş baş direktoru Stiv Balmer bu il sərvətini 2,2 milyard dollar artırıb və hazırda 108 milyard dollar sərvətlə səkkizinci yerdədir.

"Oracle” proqram təminatı firmasının təsisçisi və baş direktoru Larri Elison da bu il 3,7 milyard dollar itirib, lakin 103 milyard dollar sərvəti ilə ən zənginlər siyahısında 9-cu yerdədir.
 
İlin əvvəlindən sərvəti 40,4 milyard dollar azalan "Facebook”un rəhbəri Mark Zukerberq 85,1 milyard dollar sərvəti ilə 12-ci ən varlı adamdır.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Sovet dövründəki kimi qonşuluq şəraitində yaşamalıyıq - Prezident

Ətrafımızda baş verən böhranlardan regionumuzun qorunması vacib məsələdir. Təəssüflər ki, onilliklər ərzində Cənubi Qafqaz qarşıdurma və düşmənçilik bölgəsi olu...

Bu çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xızı rayonu, Zəngəzur küçəsi, ev 7 ünvanında fiziki şəxs İlyasova Mehparə Ağahüseyn qızına məxsus çörək ...

PA-nın Vətəndaş Qəbulu Mərkəzində aprel ayı üçün qəbul cədvəli AÇIQLANDI

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının (PA) Vətəndaş Qəbulu Mərkəzində 2025-ci ilin aprel ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb. &nbs...

Bayramov İƏT-in baş katibi ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 12-ci Bakı Qlobal Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan İqtisadi Əməkdaşlıq Təşkilatının baş katib...

Prezident “Euronews”a müsahibə verib - Tam mətn

Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də XII Qlobal Bakı Forumu zamanı “Euronews” televiziyasına müsahibə verib.   Sfera.az xəbər ...

Bunu etsəniz, 6 min manat CƏRİMƏLƏNƏCƏKSİNİZ

"İstehlakçıların malın ölçüsünə, çəkisinə və hesabına dair aldadılmasına görə İnzibati Xətalar Məcəlləsində məsuliyyət tədbiri nəzərdə tutulub". &n...