Azərbaycanlı deputatdan rus siyasətçinin "İskəndər" hədəsinə CAVAB

Azərbaycanlı deputatdan rus siyasətçinin
Rusiya Dövlət Dumasının daha bir deputatı, Müdafiə komitəsi sədrinin müavini Aleksandr Şerin Azərbaycan və Yaponiyaya qarşı təxribat xarakterli fikirlər səsləndirib. Belə ki, o, Rusiyanın "Realist” İnformasiya Agentliyinə müsahibəsində hər iki ölkəni "Kalibr" və "İskəndər" raketləri ilə hədələyib.  
 
Maraqlıdır, Mixail Delyaginin və Aleksandr Şerinin Azərbaycana qarşı təxribat və təhdid xarakterli fikirlər səsləndirmələrinin arxasında nələr dayanır?
Mövzu ilə bağlı Sfera.az-a danışan deputat Müşfiq Cəfərli rusiyalı deputatların məqsədlərinin Azərbaycanla əlaqələri pozmaqdan ibarət olduğunu bildirib. Millət vəkili fikirlərini belə əsaslandırıb:
 

"Rusiyalı deputat Aleksandr Şerin Azərbaycan və Yaponiyaya qarşı təxribat xarakterli fikirlər səsləndirib. Bu fikirlər daha əvvəl Azərbaycanı hədələyən həmkarının fikri ilə üst-üstə düşür. 

Mən düşünürəm ki, burada əsas məqsəd Azərbaycanla Rusiya arasında olan münasibətləri zədələməkdən ibarətdir. O,  müsahibəsində qeyd edib ki, hazırki prosesdə fürsətdən istifadə edən bəzi dövlətlər Rusiya ilə münasibətləri gərginləşdirməyə çalışır. Lakin görünən odur ki, rusiyalı deputat unudur ki, indiki durumda Rusiyaya qarşı heç bir sanksiyalara qoşulmayan ölkələrdən biri də məhz Azərbaycandır. Mən Aleksandr Şerinə yenicə imzalanmış Mütəffiklik haqqında bəyənnaməni xatırlatmaq istərdim. Azərbaycan dövlətinin duma deputatının qeyd etdiyi kimi həll olunmamış məsələsi qalmayıb. Azərbaycan öz ərazi bütövlüyünü əvvəlcə 44 günlük şanlı mübarizəsi ilə sonra isə məhz Rusiyanın imzası ilə təsdiqlənən sənədlə bərpa edib. Mən düşünürəm ki, Aleksandr Şerin bu çıxışıyla məhz öz hökumətinin imzasına hörmət etmir". 

Deputat Aleksandr Şerinin bundan əvvəlki fəaliyyətinə də diqqət çəkib:

"Mixail Delyagin də eyniylə Aleksandr Şerin kimi ölkəmizin neft sənayesini raketlərlə vurmaq çağırışını etmişdi. Təəssüf ki, hər iki deputatın bu fikirləri 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata və "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”yə qarşı çıxmaq deməkdir. 

Aleksandr Şerin Azərbaycan və Türkiyə arasında müttəfiqlik haqda bəyannamənin imzalanmasına münasibət bildirərkən demişdi ki, Türkiyə Azərbaycanda hərbi baza aça bilər və qeyd edirdi ki, Azərbaycan Türkiyə vasitəsilə NATO ilə yaxınlaşmağı hədəfləyir. Bunu Rusiya üçün təhlükə mənbəyi kimi qələmə verirdi. 

Ümumiyyətlə, Aleksandr Şerin siyasi fəaliyyəti boyunca Azərbaycan və Türkiyə əleyhinə bəyanatları ilə gündəmə gələn siyasətçi kimi yaddaşdadır".

Əzizə Zeynal
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Zelenski: Putin atəşkəs razılaşmasına mane olmağa çalışır

“Rusiya prezidenti Vladimir Putinin əslində heç bir atəşkəsə ehtiyacı yoxdur, əksinə, o, müharibəni davam etdirməyə çalışır.”   Sfera.az ...

Evləri qarət edən oğrunu axtaran polis şoka düşdü

Peruda olduqca məzəli hadisə baş verib. Belə ki, Lima əyalətinin San İsidro bölgəsində yerli sakinlər naməlum oğrunun onlara ziyan vurduğunu bildirdikdə işə pol...

Tiflis bileti ilə Milan təyyarəsinə minməyə cəhd göstərdilər - FOTO

İranlı qadınların saxta Tiflis bileti ilə İtaliya arzusu alt-üst olub. İki iranlı qadın Türkiyədə Sabiha Gökçən hava limanından Tiflisə gedirmiş kimi göstərərək...

Heydər Əliyev Mərkəzində “Qızılgülün sirri” sərgisi açılıb - FOTOLAR

Martın 14-də Heydər Əliyev Mərkəzində belaruslu heykəltaraş Andrey Ostaşovun “Qızılgülün sirri” (“The mystery of the rose”) sərgisinin a...

Qarabağda yetişdirib “Ermənistan məhsulu” kimi satıblar

Bakıda ağır cinayətlər törətməkdə təqsirləndirilən şəxs Arayik Harutyunyan dövlət ittihamını müdafiə edən Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay...

Nadir xəstəliyə görə hər kəsdən 10 dəfə daha tez qocalır

Dünyadakı hər kəsdən daha tez qocalmağa səbəb olacaq bir xəstəlik olduğunu bilirdinizmi?   Sfera.az bildirir ki, 47 yaşlı Tiffany Wedekində (Tiffani Vi...