Ermənilərin paxlava ilə bağlı iddialarına CAVAB

Ermənilərin paxlava ilə bağlı iddialarına CAVAB
Ermənilər təkcə tarixi Azərbaycan torpaqlarına deyil, eyni zamanda azərbaycanlılara məxsus olan bir-çox maddi-mənəvi dəyərlərə qarşı da iddialar irəli sürürlər.
 
Bu yaxınlarda sözügedən ölkənin Təhsil, Elm, Mədəniyyət Nazirliyi qərar layihəsi təqdim edib. Bununla Ermənistan YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi üçün 45 elementdən ibarət siyahısına daha 6 element əlavə olunub. Maraqlıdır ki, həmin siyahıda paxlava da yer alır.

Bununla bağlı Sfera.az-a açıqlama verən qida məsələləri üzrə baş mütəxəssis Ağa Salamov deyib ki,  bu şirniyyatın düzgün hazırlanma texnologiyasını qədimdən bu günümüzə qədər qoyub saxlayan türk xalqları olub. Müsahibimiz paxlava ilə bağlı "Erməni kulinariya ənənələrinin inkişafı və qorunması" ictimai təşkilatının sədri Sedrak Mamulyanın və qeyd olunan nazirliyin iddialarına cavab verib:
 


"Türk mənşəli söz olan "paxlava” sözü qədim türkcədə "baklagu” və ya "baklagi” kimi bilinir və eyni zamanda paxlava xəmirinin açılmasında istifadə edilən oxlovun köhnə türkcədə "oklağa”, "oklağu” kimi  də ifadə olunması, onun türk mədəniyyətinin bir ləzzəti olduğunun ən mühüm sübutlarından biridir. Qədim Türklər, xəmiri qat qat açaraq,  arasına müxtəlif içliklər qoyaraq qat-qat xəmiri meydana gətiriblər və paxlava da beləcə yaranıb. Azərbaycanda 8 qat xəmirdən hazırlanan paxlava, Orta Asiyada türk xalqları tərəfindən sac üzərində də bişirilir. Gəncə, Quba və Şəkidə də paxlava məcməyi də köz üzərində bişirilir. Erməniyə  "Osmanlı tokatı” dəyməsə, düzələn deyil və tarix boyu bu cılız torpaqsızlar onlara verilən çörəyə naxələf çıxıblar”.

Ekspert qeyd edib ki, Osmanlı imperatorluğunun geniş bir coğrafiyaya yayılması və bir çox mədəniyyətlərə ev sahibliyi etməsi nəticəsində, müxtəlif mədəniyyətlərin də süfrəsinə yol açan paxlava fərqli reseptlər və texnologiya əsasında da hazırlanır:

"Ermənilər başlarını oğurluqdan ayırıb mütaliə etsələr və tarixi elmlərə yiyələnsələr, bəlkə onlardan dünyaya xeyir dəyər. Məsələn, Osmanlı tarixində ilk çap olunmuş yemək kitabı kimi tanınan "Melceü't-Tabbahi"də qaymaqlı paxlava, düyü paxlavası haqqında geniş məlumat verilir - düyü unu ilə Azərbaycanın cənub bölgəsi başda olmaqla, bir çox bölgələrində də paxlava hazırlanıb. Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan Oğuzların dastanı "Kitabi-Dədə Qorqud"u araşdırıb baxsınlar ki, Novruz bayramının milli atributları olan qoğal, şəkərbura və paxlavanın tarixi qədim türk tabletlərinə qədər gedib çıxır və bu, arxeoloji araşdırmalarda da sübut olunub”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Sovet dövründəki kimi qonşuluq şəraitində yaşamalıyıq - Prezident

Ətrafımızda baş verən böhranlardan regionumuzun qorunması vacib məsələdir. Təəssüflər ki, onilliklər ərzində Cənubi Qafqaz qarşıdurma və düşmənçilik bölgəsi olu...

Bu çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xızı rayonu, Zəngəzur küçəsi, ev 7 ünvanında fiziki şəxs İlyasova Mehparə Ağahüseyn qızına məxsus çörək ...

PA-nın Vətəndaş Qəbulu Mərkəzində aprel ayı üçün qəbul cədvəli AÇIQLANDI

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının (PA) Vətəndaş Qəbulu Mərkəzində 2025-ci ilin aprel ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb. &nbs...

Bayramov İƏT-in baş katibi ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 12-ci Bakı Qlobal Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan İqtisadi Əməkdaşlıq Təşkilatının baş katib...

Prezident “Euronews”a müsahibə verib - Tam mətn

Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də XII Qlobal Bakı Forumu zamanı “Euronews” televiziyasına müsahibə verib.   Sfera.az xəbər ...

Bunu etsəniz, 6 min manat CƏRİMƏLƏNƏCƏKSİNİZ

"İstehlakçıların malın ölçüsünə, çəkisinə və hesabına dair aldadılmasına görə İnzibati Xətalar Məcəlləsində məsuliyyət tədbiri nəzərdə tutulub". &n...