Rusiya ən ucuz nefti ixrac edir - Qiyməti daha da düşəcək

Rusiya ən ucuz nefti ixrac edir - Qiyməti daha da düşəcək
Rusiyaya qarşı tətbiq edilən sanksiyalar bu ölkənin neft ixracını da çətinləşdirdiyindən şimal qonşumuzun satdığı "qara qızıl”ın daha çox ucuzlaşmasına səbəb olur.

Sfera.az bildirir ki, ötən cümə günü birjalarda neft qiymətləri əsasən 100-110 dollar aralığında dəyişib. Amma Rusiyanın ixrac etdiyi neft markalarının dəyəri 73-93 dollar səviyyəsinə düşüb.

Son məlumatlara əsasən, Rusiyanın Şərqi Sibir (ESPO) neftinin dəyəri 73,7 dollar olub. Bu marka neft martın 9-da 111 dollara, martın 24-də 91 dollara, martın 31-də isə 79,3 dollara alıcı tapırdı. Son 20 gündə ESPO markalı neft 37,3 dollar, yəni 34 faiz ucuzlaşıb.

Şərqi Sibir neftinin əsas alıcılarından biri ABŞ idi. ABŞ rus neftindən imtina etdikdən sonra ESPO-da ucuzlaşma güclənib.

Müqayisə üçün bildirək ki, bu dövrdə Azərbaycanın satdığı ("Azeri Light”) neftin qiyməti 135 dollardan 112 dollara qədər geriləyib. "Azeri Light” neftində ucuzlaşma 23 dollar və ya 17 faiz olub.

Rusiyanın ixrac etdiyi SOKOL nefti martın 8-dən bəri 114 dollardan 93 dollara qədər ucuzlaşıb. Bu marka neft 18,4 faiz dəyər itirib.

"Urals” markalı rus neftinin qiyməti isə martın əvvəlindən indiyə qədər 16,3 faiz ucuzlaşaraq 83 dollara satılır.

Ümumilikdə, Rusiyanın ixrac etdiyi neft ən ucuz neftə çevrilib. Hazırda rus neftindən ucuz neftə rast gəlinmir. Rusiyaya qarşı sanksiyaların tətbiq müddəti uzandıqca və rus neftinin ixracı azaldıqca, şimal qonşumuz xammalını daha aşağı qiymətə təklif etməyə məcbur qalacaq.

Vasif
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Sovet dövründəki kimi qonşuluq şəraitində yaşamalıyıq - Prezident

Ətrafımızda baş verən böhranlardan regionumuzun qorunması vacib məsələdir. Təəssüflər ki, onilliklər ərzində Cənubi Qafqaz qarşıdurma və düşmənçilik bölgəsi olu...

Bu çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xızı rayonu, Zəngəzur küçəsi, ev 7 ünvanında fiziki şəxs İlyasova Mehparə Ağahüseyn qızına məxsus çörək ...

PA-nın Vətəndaş Qəbulu Mərkəzində aprel ayı üçün qəbul cədvəli AÇIQLANDI

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının (PA) Vətəndaş Qəbulu Mərkəzində 2025-ci ilin aprel ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb. &nbs...

Bayramov İƏT-in baş katibi ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 12-ci Bakı Qlobal Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan İqtisadi Əməkdaşlıq Təşkilatının baş katib...

Prezident “Euronews”a müsahibə verib - Tam mətn

Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də XII Qlobal Bakı Forumu zamanı “Euronews” televiziyasına müsahibə verib.   Sfera.az xəbər ...

Bunu etsəniz, 6 min manat CƏRİMƏLƏNƏCƏKSİNİZ

"İstehlakçıların malın ölçüsünə, çəkisinə və hesabına dair aldadılmasına görə İnzibati Xətalar Məcəlləsində məsuliyyət tədbiri nəzərdə tutulub". &n...