Hindistan da Rusiyadan üz çevirəcək? - TƏHLİL

Hindistan da Rusiyadan üz çevirəcək? - TƏHLİL
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çindən sonra Hindistana səfər edib. 3 ay əvvəl isə Hindistana Rusiya prezidenti Vladimir Putin səfər etmişdi.
 
Sfera.az-ın məlumatına görə, bununla bağlı politoloq Elxan Şahinoğlu deyib ki, Ukraynada işğalçı müharibənin fonunda Kreml üçün Hindistanla tərəfdaşlığın davamı vacibdir. O xatırladıb ki, Hindistan da Türkiyə kimi Rusiyaya qarşı Qərbin sanksiyalarına qoşulmayıb:

"Əksinə, Hindistan Rusiyadan sanksiya altında olan ucuz neft almağı planlaşdırır. Sanksiya altında olan Rusiya Hindistana başqa məhsullar da ixrac etmək istəyir. Rusiya beynəlxalq ödəmə sistemi olan SWIFT-dən çıxarıldığına görə iki ölkə arasında ticarətdə rubl və rupi ilə ödəmənin həyata keçirilməsi araşdırılır.  Lavrov Dehlidə hindli həmkarı Subramanyam Cayşankarla müxtəlif mövzuları müzakirə edib, baş nazir Narendra Modi ilə də görüşüb. O, Dehlidəki görüşlərdə Hindistanın ünvanına müsbət fikirlər söyləyib. Buna baxmayaraq, Dehli Qərbin Rusiyaya qarşı sanksiyaları ilə hesablaşmaq məcburiyyətindədir.
Rusiyanın beynəlxalq ödəmə sistemi olan SWIFT-dən çıxarılması Hindistana Rusiya ilə ticarətdə problemlər yaradıb. Hindistan müharibədən əvvəl Rusiyaya ixrac etdiyi 400 milyon dollarlıq məhsula görə maliyyəni əldə edə bilməyib. Baş nazir Narendra Modi Rusiyaya qarşı sanksiyaların Hindistan iqtisadiyyatına təsirlərini öyrənmək məqsədilə hökumətin tərkibində işçi qrup formalaşdırıb”.

Politoloq qeyd edib ki,  Rusiya-Hindistan tərəfdaşlığı Vaşinqtonu ciddi narahat edir:

"Rusiyanın Ukraynada apardığı işğalçı müharibə fonunda ABŞ Hindistanı yanında görmək istəyir. Lavrovun Dehli səfərindən bir neçə gün öncə Böyük Britaniyanın xarici işlər naziri Liz Trass  və Ağ Evin İqtisadi Şurasının sədr müavini Dalip Sinqh Hindistanda olublar. Dalip Sinqh Amerika vətəndaşı olsa da, milliyətcə hindlidir.  Bu səfərin məqsədi Dehlini Kremlin planlarından uzaq tutmaq idi. Vaşinqton Hindistanın simasında dünyanın ən böyük demokratiyasını inandırmağa çalışır ki, Dehli Kremllə münasibətlərdə ehtiyatlı olsun, Rusiya ilə hərbi - texniki əməkdaşlığı genişləndirməsin. Qərb dövlətləri, o cümlədən Yaponiya Hindistana yatırımların miqyasını artırmağa çalışırlar. Vaşinqton və London istəmirlər ki, Hindistan sanksiya altında olan Rusiyadan ucuz neft alsın”.

E.Şahinoğlunun sözlərinə görə, Dehli çətin seçim qarşısındadır:

"Hindistan Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini dəstəkləmir, ancaq beynəlxalq təşkilatlarda Rusiyanın əleyhinə səs vermir. O biri tərəfdən, Hindistan Vaşinqtonun istəyi ilə razılaşıb Rusiya ilə olan iqtisadi münasibətlərin həcmini də azaltmaq istəmir. Buna baxmayaraq, Dehlinin Rusiyanın hərbi texnikasına marağı azalıb. Hindistan müdafiə qabiliyyətini artırmaq üçün müxtəlif ölkələrdən silah və hərbi texnika almağa başlayıb”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Zelenski: Putin atəşkəs razılaşmasına mane olmağa çalışır

“Rusiya prezidenti Vladimir Putinin əslində heç bir atəşkəsə ehtiyacı yoxdur, əksinə, o, müharibəni davam etdirməyə çalışır.”   Sfera.az ...

Evləri qarət edən oğrunu axtaran polis şoka düşdü

Peruda olduqca məzəli hadisə baş verib. Belə ki, Lima əyalətinin San İsidro bölgəsində yerli sakinlər naməlum oğrunun onlara ziyan vurduğunu bildirdikdə işə pol...

Tiflis bileti ilə Milan təyyarəsinə minməyə cəhd göstərdilər - FOTO

İranlı qadınların saxta Tiflis bileti ilə İtaliya arzusu alt-üst olub. İki iranlı qadın Türkiyədə Sabiha Gökçən hava limanından Tiflisə gedirmiş kimi göstərərək...

Heydər Əliyev Mərkəzində “Qızılgülün sirri” sərgisi açılıb - FOTOLAR

Martın 14-də Heydər Əliyev Mərkəzində belaruslu heykəltaraş Andrey Ostaşovun “Qızılgülün sirri” (“The mystery of the rose”) sərgisinin a...

Qarabağda yetişdirib “Ermənistan məhsulu” kimi satıblar

Bakıda ağır cinayətlər törətməkdə təqsirləndirilən şəxs Arayik Harutyunyan dövlət ittihamını müdafiə edən Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay...

Nadir xəstəliyə görə hər kəsdən 10 dəfə daha tez qocalır

Dünyadakı hər kəsdən daha tez qocalmağa səbəb olacaq bir xəstəlik olduğunu bilirdinizmi?   Sfera.az bildirir ki, 47 yaşlı Tiffany Wedekində (Tiffani Vi...