"Yaxın günlərdə müharibənin daha fəal fazası başlaya bilər" - AÇIQLAMA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən rusiyalı həmkarı Vladimir Putinlə danışıb. Bir gün əvvəl isə Türkiyə lideri ilə Ukrayna dövlət başçısı Zelenski arasında telefon danışığı olmuşdu. Liderlər nümayəndə heyətlərinin İstanbul görüşünü və proseslərin gələcək perspektivlərini müzakirə ediblər.
 
 Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Ankara tərəflər arasında vasitəçi olmaqda, onları diplomatiya masası arxasına gətirməkdə və müharibəyə son qoymaqda israrlıdır:

"Savaşın bitməsinin Türkiyəyə vəd etdiyi dividentlər bəllidir. Yəqin ki, yaxın vaxtlarda prezidentlərin görüşü ilə bağlı razılıq əldə olunacaq. Amma bu, Qərb üçün arzuolunan deyil. İndi həm də Türkiyə ilə Qərb arasında mübarizə gedir. Qərb ölkələrinin tərəfləri cilovlamaq əvəzinə, Rusiyanı daha da aqressivləşdirmələri, Ukraynanı silahlandırmaları bunu deməyə əsas verir. Kremlə tətbiq olunan sanksiyaların məqsədi müharibəyə son qoymaq yox, həmin dövləti zəiflətməkdir. Bu müddət ərzində Ukraynanın nə qədər zərər görəcəyi isə ABŞ və müttəfiqlərini maraqlandırmır”.

Müsahibimiz deyib ki, Qərb müharibənin davam etməsi üçün çox şey etməyə hazırdır:

"Bu mənada Türkiyəyə təzyiqlərin artması ilə yanaşı, yaxın günlərdə süni formada  savaşın daha fəal fazasının başlanması da mümkündür. Bu nöqteyi- nəzərdən Vaşinqtonun Kiyevə dəstəyinin artması da istisna deyil. Moskva zəiflədiyini, döyüş şəraitinə nəzarəti itirdiyini gördükcə qıcıqlanacaq, soyuqqanlı düşünmək istəməyəcək. Beləliklə, sülh ehtimalı aşağı düşəcək. Bu mənada proseslər Türkiyənin, yoxsa Qərbin daha cəld tərpənəcəyindən, hansının daha effektiv addımlar atacağından asılıdır.

Bütün hallarda müharibəyə ən qısa vaxtda son qoyulması və Qərbin planlarının puç olması ehtimalı daha çoxdur. Çünki birincisi, savaşın uzanması nə Moskvaya, nə də Kiyəvə sərf edir. İkincisi, Türkiyə hər iki tərəflə yaxşı münasibəti olan, "dil tapan" və etibar qazanmış, bəlkə də, yeganə ölkədir. Yəni Putin də, Zelenski də Ərdoğanın çağırışlarına etinasız yanaşmaq istəməzlər. Üçüncüsü, Türkiyə NATO-nun əsas üzvlərindən biridir. Alyans daxilində Ankara ilə hesablaşırlar. Bir sözlə, yaxın həftələr həlledicidir. Proseslər artıq təkcə Rusiya ilə Ukrayna arasında müharibə yox, həm də Qərblə Türkiyənin mübarizəsidir”.

Günay Rəsulqızı
Sfera.az

 

OXŞAR XƏBƏRLƏR

Sovet dövründəki kimi qonşuluq şəraitində yaşamalıyıq - Prezident

Ətrafımızda baş verən böhranlardan regionumuzun qorunması vacib məsələdir. Təəssüflər ki, onilliklər ərzində Cənubi Qafqaz qarşıdurma və düşmənçilik bölgəsi olu...

Bu çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xızı rayonu, Zəngəzur küçəsi, ev 7 ünvanında fiziki şəxs İlyasova Mehparə Ağahüseyn qızına məxsus çörək ...

PA-nın Vətəndaş Qəbulu Mərkəzində aprel ayı üçün qəbul cədvəli AÇIQLANDI

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının (PA) Vətəndaş Qəbulu Mərkəzində 2025-ci ilin aprel ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb. &nbs...

Bayramov İƏT-in baş katibi ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 12-ci Bakı Qlobal Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan İqtisadi Əməkdaşlıq Təşkilatının baş katib...

Prezident “Euronews”a müsahibə verib - Tam mətn

Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də XII Qlobal Bakı Forumu zamanı “Euronews” televiziyasına müsahibə verib.   Sfera.az xəbər ...

Bunu etsəniz, 6 min manat CƏRİMƏLƏNƏCƏKSİNİZ

"İstehlakçıların malın ölçüsünə, çəkisinə və hesabına dair aldadılmasına görə İnzibati Xətalar Məcəlləsində məsuliyyət tədbiri nəzərdə tutulub". &n...