Jerar Depardyenin Rusiya vətəndaşlığı ləğv edilə bilər

Jerar Depardyenin Rusiya vətəndaşlığı ləğv edilə bilər
Rusiya Dövlət Dumasının deputatı Sultan Həmzəyev məşhur aktyor Jerar Depardyenin Rusiya vətəndaşlığının ləğv edilməli olduğunu deyib. 
 
Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, deputat fransalı aktyorun daşınmaz əmlakının da müsadirə olunmasını təklif edib. Deputatın fikrincə aktyora Saransk və Qroznıda olmaqla hədiyyə edilən iki mənzil yetim uşaqlara verilməlidir. 

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə Depardyenin Ukraynada baş verənləri tam başa düşmədiyi fikrini irəli sürüb. "Lazım gələrsə, ona hadisələri danışıb izah etməyə hazıram”, - deyə Peskov bildirib. 

Bir müddət əvvəl fransız aktyor Rusiya Prezidentinin əməllərinə görə rusiyalıların cavabdeh olmadıqlarını bildirmişdi.

Xatırladaq ki, Jerar Depardye 2012-ci ildə vergilərin artırılmasına etiraz etmiş, daha sonra da vergidən yayınmaqda ittiham olunduğu üçün Rusiyaya sığınıb.  2013-cü ildə Vladimir Putinin 1 nömrəli sərəncamı ilə fransalı aktyora Rusiya vətəndaşlığı verilib.

Aysel
Sfera.az



OXŞAR XƏBƏRLƏR

Zelenski: Putin atəşkəs razılaşmasına mane olmağa çalışır

“Rusiya prezidenti Vladimir Putinin əslində heç bir atəşkəsə ehtiyacı yoxdur, əksinə, o, müharibəni davam etdirməyə çalışır.”   Sfera.az ...

Evləri qarət edən oğrunu axtaran polis şoka düşdü

Peruda olduqca məzəli hadisə baş verib. Belə ki, Lima əyalətinin San İsidro bölgəsində yerli sakinlər naməlum oğrunun onlara ziyan vurduğunu bildirdikdə işə pol...

Tiflis bileti ilə Milan təyyarəsinə minməyə cəhd göstərdilər - FOTO

İranlı qadınların saxta Tiflis bileti ilə İtaliya arzusu alt-üst olub. İki iranlı qadın Türkiyədə Sabiha Gökçən hava limanından Tiflisə gedirmiş kimi göstərərək...

Heydər Əliyev Mərkəzində “Qızılgülün sirri” sərgisi açılıb - FOTOLAR

Martın 14-də Heydər Əliyev Mərkəzində belaruslu heykəltaraş Andrey Ostaşovun “Qızılgülün sirri” (“The mystery of the rose”) sərgisinin a...

Qarabağda yetişdirib “Ermənistan məhsulu” kimi satıblar

Bakıda ağır cinayətlər törətməkdə təqsirləndirilən şəxs Arayik Harutyunyan dövlət ittihamını müdafiə edən Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay...

Nadir xəstəliyə görə hər kəsdən 10 dəfə daha tez qocalır

Dünyadakı hər kəsdən daha tez qocalmağa səbəb olacaq bir xəstəlik olduğunu bilirdinizmi?   Sfera.az bildirir ki, 47 yaşlı Tiffany Wedekində (Tiffani Vi...