Ramazan ayının başlanma tarixi siyasi qərardır? – Politoloq “hə”, İlahiyyatçı “yox” dedi

Ramazan ayının başlanma tarixi siyasi qərardır? –  Politoloq “hə”, İlahiyyatçı “yox” dedi
Xəbər verdiyimiz kimi, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası mübarək Ramazan və orucluq ayının başlanması tarixini açıqladı. Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına görə, bu il Ramazan ayının 1-i Miladi təqvimlə 2022-ci il aprelin 2-nə təsadüf edəcək.
 
Maraqlıdır ki, Ramazan ayının bu ilki başlanma tarixi hər il olduğu kimi İran ilə deyil, Türkiyə və digər müsəlman ölkələri ilə eyni günə təsadüf edir. Bir çoxları məsələnin siyasi motivli olduğunu qeyd edir.
 
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Şahin Həsənli deyib ki, Ramazan ayının başlanmasının əlaməti olan ayın müəyyən edilmə qaydaları var.
 
"Müqəddəs kitabımız olan Qurani-Kərimdə buyrulub ki, "Ramazan ayının başlanmasının əlaməti olan ayı gördükdə oruc tutmağa başlayın!”. Ramazan ayının başlanma tarixinə dair elmi hesablamalar mövcuddur. Qafqaz Müsəlmanları İdarəsi hər il Şamaxı Astrofizika Rəsədxanası ilə Ramazan ayının başlanmasını müəyyənləşdirir. Yəni qurum fətva vermədən öncə Şamaxı Astrofizika Rəsədxanasından məlumat alır.
 
Azərbaycanda müqqədəs Ramazan ayının başlanması heç vaxt hansısa bir ölkənin qaydalarına, ya da göstərişinə uyğun təyin edilməyib. Ramazan ayının başlanma tarixini müəyyən edən komissiyanın mən də üzvü olmuşam və deyə bilərəm ki, açıqlanan tarixlər elmi hesablamalar əsasında təyin edilir.
 
Hesab edirəm ki, bu məsələləri siyasiləşdirmək düzgün deyil. Ayın görülməsi bir gün gec və ya tez ola bilir. Bu da həmin ölkənin coğrafi mövqeyi ilə əlaqədardır”.
 
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov isə hesab edir ki, Ramazan bayramı dini bayram olsa da, verilən qərarların siyasi motivi də var:
 
"İranın hazırkı xarici siyasəti İran inqilabı sonrası formalaşıb. Qəbul edilən siyasi kurs rejimin digər region ölkələrinə də yayılmasından ibarətdir. İran çalışır ki, hansı ölkələrdə şiə əqidəli insanlar varsa, ora nüfuz edib bu şəxslər üzərindən yumşaq güc siyasətini yeridə bilsin.
 
İran uzun illlər Azərbaycanda da çalışıb ki, şiə əqidəli insalardan istifadə edərək özünün siyasətini həyata keçirsin. Rəsmi Bakı da bunun fərqindədir. Təsadüfi deyil ki, son illərdə bu prosesin qarşısı alınmağa çalışılır. Ramazan ayının başlanması da buna misal ola bilər. Ölkəmizin bütün müsəlman ölkələri ilə birlikdə Ramazan ayının başlanmasını elan etməsi bu mənada mühüm qərardır”.
 
Turan Rzayev
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

İŞİD terror təşkilatının Suriya və İraq üzrə rəhbəri öldürüldü

İŞİD terror təşkilatının Suriya və İraq lideri Abdullah Maki Musleh El Rifai öldürülüb.   Sfera.az xəbər verir ki, bu barədə İraqın Baş naziri M...

Sovet dövründəki kimi qonşuluq şəraitində yaşamalıyıq - Prezident

Ətrafımızda baş verən böhranlardan regionumuzun qorunması vacib məsələdir. Təəssüflər ki, onilliklər ərzində Cənubi Qafqaz qarşıdurma və düşmənçilik bölgəsi olu...

Bu çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xızı rayonu, Zəngəzur küçəsi, ev 7 ünvanında fiziki şəxs İlyasova Mehparə Ağahüseyn qızına məxsus çörək ...

PA-nın Vətəndaş Qəbulu Mərkəzində aprel ayı üçün qəbul cədvəli AÇIQLANDI

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının (PA) Vətəndaş Qəbulu Mərkəzində 2025-ci ilin aprel ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb. &nbs...

Bayramov İƏT-in baş katibi ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 12-ci Bakı Qlobal Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan İqtisadi Əməkdaşlıq Təşkilatının baş katib...

Prezident “Euronews”a müsahibə verib - Tam mətn

Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də XII Qlobal Bakı Forumu zamanı “Euronews” televiziyasına müsahibə verib.   Sfera.az xəbər ...