Əsir düşən rus əsgərləri Ukraynanın tərəfinə keçdi – FOTO

Media
14:03 / 01.04.2022
1430
Ukrayna
Müdafiə Nazirliyindən verilən açıqlamada əsir düşən rus əsgərlərinin tərəflərini
dəyişdiyi və Putinin işğalçı qüvvələrinə qarşı döyüşmək üçün yeni alay yaradıldığı bildirilib.
Sfera.az xəbər
verir ki, Ukrayna MN-nin "Telegram”da açıqladığı bəyanatın
davamında "Rusiyanın Azadlıq legionu” adlandırdıqları qrupun ilk təlim fəaliyyətlərinə
başladığı vurğulanıb.
Ukraynanın aparıcı qəzetlərindən biri olan "Baget” tərəflərin
dəyişmə vəziyyətini təsdiqləyib. Qəzetdə əsir düşən rus əsgərlərinin əhval-ruhiyyənin
aşağı olması səbəbindən təslim olduqları və Ukrayna sıralarına getdiyi
qeyd edilib.
Digər tərəfdən, ekspertlər qaçan əsgərlər arasında agentlərin
olma ehtimalına qarşı sərt tədbirlər görüldüyünü açıqlayıb. İsveç istehsalı
olan silahla bağlı keçirilən təlimdə əsgərlərə NATO silahları təqdim edilib.
Qeyd edək
ki, Rusiya ilə Ukrayna arasında müharibə 37 gündür davam edir. Ukrayna Müdafiə
Nazirliyi rəsmi açıqlamasında 36 gün ərzində 17 min rus əsgərinin öldürüldüyünü
iddia edib. Bəyanatda həmçinin qeyd olunub ki, Rusiya ordusunun 586 tankı, 1694
zirehli hərbi maşın, 302 artilleriya atəş sistemi, 95 çoxbarrelli reaktiv
yaylım atəşi sistemi, 54 hava hücumundan müdafiə sistemi, 123 döyüş təyyarəsi,
127 helikopter, 66 pilotsuz uçuş aparatı, 11730 avtomobil, 7 gəmi, 21 xüsusi
texnika və 4 operativ-taktiki raket sistemi də məhv edilib.

Əzizə
Zeynal
Sfera.az