10-15 manatlıq fitrə zəkatının ƏLÇATMAZLIĞI - Nə qədər pul çıxarılmalıdır? / AÇIQLAMA

Media
13:38 / 01.04.2022
3973
Qafqaz Müsəlmanları İdarəsinin
(QMİ) Qazılar Şurası Ramazan bayramında veriləcək fitrə zəkatının məbləğini
açıqlayıb. Qazılar Şurasının qənaətinə görə, adambaşına 10-15 manat fitrə zəkatının
verilməsi məsləhət görülür.
Təqdim olunan məbləğ cəmiyyət
arasında müzakirələrə yol açıb və bəzi şəxslər bu rəqəmin yüksək olduğunu
bildirib.
Görəsən, zəkat məsələsi
hansı qaydada həll olunmalıdır?
Mövzu ilə bağlı Sfera.az-a
danışan ilahiyyatçı Elşad Miri zəkat üçün bəlli bir məbləğin təqdim olunmasının
yanlış olduğunu deyib:
"Hər kəs imkanı qədər zəkat
verə bilər. Bir bayramı nə qədər məbləğlə qeyd edə bilirik? Nəyə görə insanlar üçün bu qədər məbləğ təqdim edirik və ya etməliyik?
Bu, Qafqaz Müsəlmanları İdarəsinin açıqlaması ilə həll olmur. Bu gün onların sözünə əhəmiyyət verən nə qədər
insan, ciddiyə alan nə qədər dindar və ya müsəlman var? O qurum sadəcə olaraq mollalarla, məscidlərin ehsan məclislərindən əldə etdiyi
qazancla məşğul olur, pir və ocaqlardan gələn vəsait üzərində çalışırlar”.
İlahiyyatçı zəkat dəyərinin
insanların imkanına uyğun olmasını bildirib:
"Azərbaycanda 10-15 manata nahar edə bilirikmi? Bəzən Ramazan ayında QMİ iftar
süfrəsi verir. Gəlin görək, onların süfrəsi iftar, ya israf süfrəsidir? Yoxsa,
həqiqətən də kasıbların orada olduqları iftar süfrəsi olur? İnsanlar bu məsələni
öz imkanlarına və vicdanlarına uyğun olaraq dəyərləndirməli, ürəyindən gəldiyi
kimi, yəni Allahın da Quranda bildirdiyi qaydada "sevdiyimiz qədər” ödəniş etməlidir”.
Əzizə Zeynal
Sfera.az