Uşaqlar oruc tuta bilər? – İlahiyyatçı “hə”, pediatr “yox” dedi - AÇIQLAMA

Uşaqlar oruc tuta bilər? – İlahiyyatçı “hə”, pediatr “yox” dedi - AÇIQLAMA
Bəzi hallarda valideynlər Ramazan ayında azyaşlı uşaqları gün ərzində oruc olmağa cəlb edir. Uşaqlar tam, yaxud yarım gün olmaqla oruca təhrik olunur.
 
Maraqlıdır, dində bu məsələ necə tənzimlənir? Uşaqların tam, yaxud yarım gün olmaqla oruca təhriki tibbi baxımdan doğrudurmu?
 

 
Mövzu ilə bağlı Sfera.az-a danışan ilahiyyatçı Tural İrfan orucluq anlayışında yarım gün oruc tutmaq məsələsinin doğru olmadığını deyib.
 
Müsahibimiz uşaqları oruca təşviq etməyin doğru olduğunu bildirib:
 
"Ramazan ayında mükəlləf olan şəxslərin oruc tutması vacibdir. Mükəlləf olanlar müsəlman, həddi buluğa çatmış, sağlam, səfərdə olmayan, qoca olmayan insanlardır. Uşaqlar əgər həddi-buluğa çatmayıbsa, onların oruc tutması vacib deyil. Ancaq valideynlər onları təşviq edə bilərlər. Bir şərtlə ki, məcbur etməsinlər. Çünki dində məcburiyyət yoxdur. Ümumiyyətlə, dində yarım gün oruc tutmaq yoxdur. Kimisə oruca öyrəşdirmək məqsədi ilə də olsa da, olmaz. Çünki İslam dininə görə dinə əlavə etmək, özündən ibadət forması çıxarmaq haram və yasaqdır. Uşaqları oruca təhrik yox, təşviq etmək olar.
 
Oruc tutmaq ibadət etməklə yanaşı, həm də sağlamlıq üçün faydalıdır. İnsanın mətinliyi, aclığa dözümlülüyü baxımından gözəl proqramdır. Əgər həddi-büluğa çatmış uşaqların həvəsi və istəyi olarsa, oruc tutması gözəldir.
 
Qurani Kərimdə ayələr var ki, dində məcburiyyət yoxdur. Yəni insanı hansısa əqidəyə, ibadətə zorla cəlb etmək olmaz. İbadət könüllü olan və könüllə olan bir məsələdir”.
 


Məsələnin tibbi tərəfi ilə bağlı açıqlama verən pediatr Vaqif Qarayev isə oruc tutmağın uşaqlar üçün zərərli olduğunu bildirib:
 
"Uşaqları oruc tutmağa məcbur etməsək yaxşıdır. Onsuz da son illər pandemiya ilə bağlı onların qida rejimi pozulub. Uşaqlar daha çox idmana getsin, açıq havada çox olsunlar. Onlar üçün bol əyləncələr fikirləşsəniz yaxşı olar. Məcburi aclıq bir çox xəstəliklərə yol açacaq”.
 
Əzizə Zeynal 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Türkiyədə meşə yanğınları: 168 nəfər saxlanıldı

Türkiyədə meşə yanğınları ilə bağlı aparılan araşdırmalar çərçivəsində iyunun 1-dən bu günə qədər 168 nəfər saxlanılıb.   Sfera.az xəbər verir ki, bu...

Rusiyadakı zəlzələdən sonra vulkan da aktivləşdi

Rusiyanın Kamçatka yarımadasında baş verən 8.8 bal gücündə zəlzələnin ardından bölgədə yerləşən Klyuçevskoy vulkanı fəallıq göstərməyə başlayıb.   Sfer...

Bacısının maşını üçün aldığı hədiyyədən cadu çıxdı – ANBAAN VİDEO

Sosial şəbəkələrdə yayılan video müzakirələrə səbəb olub.   Sfera.az xəbər verir ki, iddialara görə bacısının maşını üçün aldığı hədiyyədən cadu...

162 milyonluq əsassız ödənişlər aşkarlandı

2025-ci ilin birinci yarımilliyində Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən dövlət büdcəsindən vəsait alan 77 təşkilatda, əsasən son 3 i...

Övladlarını gec məktəbə göndərən valideynlərə çağırış

Övladlarınızı vaxtında məktəbə göndərin. Azərbaycanda ibtidai təhsil qanunvericiliyə əsasən 6 yaşdan başlayır. Uşağın məktəbə gec başlaması təhsil hüququnun gec...

Maliyyə Nazirliyi bu il 27 vəzifəli şəxsi cərimələdi

Bu ilin I yarısında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti 27 nəfər vəzifəli şəxsə cərimə tətbiq edib.   Sfera.az bu barədə Maliyyə Naz...