Səudiyyə neft hasilatını artırıb
İqtisadiyyat
20:01 / 10.08.2016
1950
Dünyanın ən böyük neft ixracatçısı Səudiyyə Ərəbistanı yay aylarında artan daxili tələbatı ödəmək üçün iyul ayında gündəlik 10.67 milyon barrel ilə rekord miqdarda neft hasil edib.
Publika.az xəbər verir ki, bu hasilat həcmi ölkənin 2015-ci ilin iyun ayındakı rekord hasilatından yüksəkdir.
Qeyd edək ki, Səudiyyənin açıqlamasından sonra neftin qiyməti aşağı düşməyə başlayıb. ABŞ xam nefti 1.2 faiz düşərək 42.27 dolları, Brent nefti isə 1,4 faiz düşərək 44,37 dolları görüb.
Orta Şərqdəki enerjiyə tələbat ev təsərrüfatlarının və ofislərdə kondisionerlərin intensiv istifadəsi səbəbi ilə iyul və avqust aylarında yüksəlib.