Türkiyədə ikinci ÇEVRİLİŞ QORXUSU: İnsanlar küçələrə axışdı - VİDEO
Dünya
18:45 / 10.08.2016
1722
Türkiyədə ikinci dövlət çevrilişi qorxusu yaşanıb.
Publika.az xəbər verir ki, 15 iyul dövlət çevrilişinə cəhd qorxusu türkiyəliləri hələ də tərk etməyib.
Məlumata görə, bu gün səhər sübh azanı verilərkən Siirt vilayətinin insanları çevriliş olduğunu düşünərək, küçələrə axışıblar.
Vətəndaşlar polis bölgəsinə zəng edərək, nə baş verdiyini soruşublar. Bəziləri isə valilik binasının önünə axışıblar.
Lakin azanın səhvən bir saat tez oxunduğunu öyrənəndən sonra vətəndaşlar rahat nəfəs alıblar.