“WhatsApp”da mesajlarınızı bu adamlar oxuya, silə biləcəklər - YENİ FUNKSİYA

“WhatsApp”da mesajlarınızı bu adamlar oxuya, silə biləcəklər - YENİ FUNKSİYA
"WhatsApp”a yeni funksiya gəlib.

Sfera.az xəbər verir ki, "Meta"nın mesajlaşma tətbiqi "WhatsApp”ın Android, iOS və masaüstü versiyalarına yeni funksiya gəlir. 

Belə ki, qrup adminləri tezliklə "WhatsApp”da İcma yarada biləcəklər. Bu, qrup adminlərinə daha çox nəzarət imkanı verəcək. Adminlər qruplar daxilində yeni qruplar yarada biləcəklər. Bütün qruplar başdan sona şifrələnəcək.

Həmçinin, "WhatsApp” qrup adminlərinə digər qrup üzvləri tərəfindən göndərilən mesajları silmək imkanı verən yeni funksiya üzərində işləyir. Bu funksiya ilə qrup adminləri qrup üzvləri tərəfindən uyğunsuz hesab edilən mesajları icazəsiz silə biləcəklər. Belə idarəçilər qrup üzərində nəzarəti artıracaqlar. Admin mesajı sildikdə, istifadəçilər "Bu, admin tərəfindən silindi" bildirişi alacaqlar.

Bildirilir ki, "WhatsApp” hesabları daha təhlükəsiz etmək üçün masaüstü və veb versiyalarına da iki addımlı doğrulama tətbiq etməyi planlaşdırır. Bu, hesaba icazəsiz girişin qarşısını alacaq. İki addımlı doğrulama ilə hesab sahibləri PİN kod yaradacaqlar.
 
(azxeber)

OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...