Putin Abramoviçə QADAĞA QOYDU

Media
12:19 / 31.03.2022
4292
Kremlin rusiyalı milyarder Roman Abramoviçlə bağlı yeni qərar verdiyi bəlli olub.
Sfera.az bildirir ki, bu barədə müxalif siyasətçi Kseniya Sobçak açıqlama verib, Britaniya mediası isə hadisənin təfərrüatlarını öyrənib. Belə ki, Abramoviçə media qadağası qoyulduğu ortaya çıxıb.
"Kremlyönlü iş adamı Roman Abramoviçin mediaya Rusiya və Ukrayna arasında baş tutan danışıqlardakı rolu barədə danışması qadağan edilib”, - deyə Sobçak söyləyib.
Britaniyanın "Daily Mail” qəzetində yer alan xəbərə görə, bu məlumatı "Moskva-24”, TASS və digər böyük hökumətyönlü mediada işləyən mənbələr təsdiqləyib. Mənbələrdən biri bildirib ki, martın 30-da o, hakimiyyətdən belə bir əmr alıb:
"Artıq Abramoviçin danışıqlarda iştirakından danışmamalıyıq”. Qəzet təhlükəsizlik baxımından bu addımın atıldığını vurğulayıb.
Qeyd edək ki, çərşənbə axşamı İstanbulda keçirilən sülh danışıqlarına rusiyalı iş adamı Roman Abramoviç də qatılıb. Rusiya agentlikləri görüşdən əvvəl Abramoviçlə prezident Ərdoğanın qısa söhbət etdiyini yazıb. Mövzu ilə bağlı açıqlama verən Kremlin sözçüsü Peskov, "Roman Abramoviç Rusiya nümayəndə heyətinin rəsmi üzvü deyil, lakin danışıqlarda iştirak edir", - deyə bildirib.
Günay Rəsulqızı
Sfera.az