Texno-bloqqer: "MİDA nəticələri ləğv edilməlidir!"
Media
11:27 / 31.03.2022
901
"MİDA nəticələri ləğv edilməli və təcili şəkildə şəffaf sistemə keçid təmin olunmalıdır”.
Sfera.az bildirir ki, bunu texno-bloqqer Fərid Pərdəşünas deyib. O qeyd edib ki, bunlar təmin edilməsə, fərqli yoldan istifadə etmək mümkündür:
"Şəxsi məlumatlar istisna olmaqla bütün "log" fayllar ictimatə açıq paylaşılmalıdır. İnsanlar 4 saniyəyə seçim edən vətəndaşları tanımalıdır”.
Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz isə deyib ki, MİDA irəli sürülən iddialara aydınlıq gətirməli və bununla bağlı daha ətraflı data açıqlanmalıdır:
"Sonuncu onlayn satışdan sonra MİDA rəsmi olaraq iki məlumat paylaşıb. Birincisi hansısa, elə də ictimai əhəmiyyət kəsb etməyən press relizdir, digəri isə satışla bağlı statistikadır. Qurumun rəsmi statistikası, sosial mediadakı narazılıqlar və mənzil seçimi ilə bağlı 2-3-4-5 saniyə məsələləri ilə uzlaşmır. MİDA deyir ki, mənzil seçimi 6-cı saniyədən sonra başlayıb. Bir çoxları isə iddia edir ki, 2-3-4-5 saniyə ərzində sistemə daxil olub, lakin seçim üçün mənzillər tapmayıb”.
Ekspert qeyd edib ki, hər bir iddiaçının satışla bağlı real vəziyyətini əks etdirən log fayllar açıqlanmalıdır:
"O cümlədən, botlarla bağlı məsələyə aydınlıq gətirməli, "Güzəştli mənzil " sisteminin botlara qarşı nə dərəcədə güvənli olmasına ağlabatan bir açıqlama verməlidir”.
Günay Rəsulqızı
Sfera.az