Deputatdan ÇAĞIRIŞ: “Ay məmurlar, cəhənnəm olsun... !\"

Deputatdan ÇAĞIRIŞ: “Ay məmurlar, cəhənnəm olsun... !\
Milli Məclisin deputatı Fazil Mustafa quru sərhədlərlə əlaqəli çağırış edib.
 
Sfera.az bildirir ki, millət vəkili hazırda sərhədlər bağlı olduğuna görə vətəndaşların əziyyət çəkdiyini deyib:

"Mahaçqalada qiyabi təhsil alan bir tələbə zəng etmişdi, hönkür-hönkür ağlayırdı. 40 gündür universitetdə dərs üçün gedib, indi geri dönməyə yol yoxdur. "Hökumətimiz  öz ölkəmizə quru sərhədimiz bağlı olduğuna görə buraxmır. Ümidimiz sizədir, yuxarılara vəziyyətimizi çatdırın”, deyə tələbə bildirib. Minlərlə bu cür acınacaqlı durumda qalan Azərbaycan vətəndaşı var Dərbənddə, Mahaçqalada, Gürcüstanda... Kimə başa salasan, kimə anladasan?”.

F.Mustafa qeyd edib ki, səfirlik problemi həll etməkdə acizdir:

"Ay məmurlar, cəhənnəm olsun  pandemiya, zillət içində qalan odun deyil e, Azərbaycan vətəndaşıdır! Təcili açın qapıları, öz vətənlərinə dönsünlər. Təminat verirəm, heç bir xəstəlik filan artmayacaq. Ac-yalavac nə qədər yad ölkədə, çöllərdə qalacaqlar, aşağılanacaqlar!”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Türkiyədə meşə yanğınları: 168 nəfər saxlanıldı

Türkiyədə meşə yanğınları ilə bağlı aparılan araşdırmalar çərçivəsində iyunun 1-dən bu günə qədər 168 nəfər saxlanılıb.   Sfera.az xəbər verir ki, bu...

Rusiyadakı zəlzələdən sonra vulkan da aktivləşdi

Rusiyanın Kamçatka yarımadasında baş verən 8.8 bal gücündə zəlzələnin ardından bölgədə yerləşən Klyuçevskoy vulkanı fəallıq göstərməyə başlayıb.   Sfer...

Bacısının maşını üçün aldığı hədiyyədən cadu çıxdı – ANBAAN VİDEO

Sosial şəbəkələrdə yayılan video müzakirələrə səbəb olub.   Sfera.az xəbər verir ki, iddialara görə bacısının maşını üçün aldığı hədiyyədən cadu...

162 milyonluq əsassız ödənişlər aşkarlandı

2025-ci ilin birinci yarımilliyində Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən dövlət büdcəsindən vəsait alan 77 təşkilatda, əsasən son 3 i...

Övladlarını gec məktəbə göndərən valideynlərə çağırış

Övladlarınızı vaxtında məktəbə göndərin. Azərbaycanda ibtidai təhsil qanunvericiliyə əsasən 6 yaşdan başlayır. Uşağın məktəbə gec başlaması təhsil hüququnun gec...

Maliyyə Nazirliyi bu il 27 vəzifəli şəxsi cərimələdi

Bu ilin I yarısında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti 27 nəfər vəzifəli şəxsə cərimə tətbiq edib.   Sfera.az bu barədə Maliyyə Naz...