Moskva Delyagini Bakıya təhvil verə bilərmi? - ŞƏRH

Moskva Delyagini Bakıya təhvil verə bilərmi? - ŞƏRH
Azərbaycan "Bakını bombalamaq” çağırışı edən Mixail Delyaginə qarşı cinayət işi açıb və beynəlxalq axtarışa verib. Delyagin Azərbaycan Cinayət Məcəlləsinin 4 maddəsi üzrə - 101.2, 214.2.3, 283.2.1 və 283.2.2-ci – ittiham olunur. Bu ittihamların ikisi - 101.2 (təcavüzkar müharibəni başlamağa açıq çağırışlar) və 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədilməklə hədələdikdə) – Delyaginin Rusiya və Azərbaycan arasında imzalanan müttəfiqlik bəyannaməsinin şərtlərinə uyğun olaraq Moskvanın özü tərəfindən cəzlandırılmasını, yaxud Azərbaycana təhvil verilməsini şərtləndirir.
 
Moskva Delyagini Bakıya təhvil verə bilər?

Sfera.az xəbər verir ki, politoloq Asif Nərimanlı məsələyə münasibət bildirib.

Onun sözlərinə görə, məlum bəyannamənin 11-ci bəndində qeyd olunur ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası öz ərazilərində təşkilatların və şəxslərin digər tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar:

"Delyagin "təcavüzkar müharibəni başlamağa açıq çağırışla” Azərbaycanın suverenliyinə qarşı fəaliyyət göstərib və Rusiya öz ərazisində buna imkan verməməlidir.

Bəyannamənin 18-ci bəndində tərəflərin terrorçuluğa qarşı mübarizədə səylərini birləşdirməsi qeyd olunur. Azərbaycan Delyaginə terrorçuluq fəaliyyəti ilə bağlı cinayət işi açıb və bu, Rusiyanın terrorçunu təhvil verməsini şərtləndirir.

Hərçənd Rusiyanın bunu edəcəyi inandırıcı görünmür, belə tələb irəli sürsək, bəyannamənin ratifikasiya edilmədiyini əsas gətirə bilərlər.
Bütün hallarda Delyaginin axtarışa verilməsi iki kontekstdə əhəmiyyətlidir. Bu, Azərbaycana qarşı eyni təhdidlərlə çıxış etmək istəyən digərlərinə nümunə olacaq. Həmçinin, Bakı bununla suverenlik və ərazi bütövlüyü məsələsinin qırmızı xətti olduğunu bir daha göstərir.
 
Turan Rzayev
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Bu dərman böyrək çatışmazlığı yaradır - Həkim rəyi

Bədən üçün faydalı bir mineral olan maqnezium çatışmazlığı sümük sağlamlığı, əzələ funksiyaları və ürək sağlamlığına mənfi təsir göstərə bilər. Lakin hər bir vi...

Azərbaycanda əməkhaqqı 13 faiz artdı - Rəsmi

2025-ci il fevralın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1757,0 min nəfər olmuş, onlardan 879,5 min nəfəri iqtisadiyyatın dövlət ...

Azərbaycanda İLK: Bambukdan bağ saldı, əşyalar düzəltdi + VİDEO

Lənkəran rayonunun Talışlı kəndində gözoxşayan bir bambuk bağı var.   Sfera.az xəbər verir ki, 1992-ci ildən rayonun Talışlı kəndində yaşayan Eynulla...

Xalq artistinin bu görüntüsü gündəm oldu - FOTO

Xalq artisti Məleykə Əsədova yoqa edərkən çəkdirdiyi fotosunu paylaşıb.   Sfera.az xəbər verir ki, aktrisa fotoya bu sözləri qeyd edib:  ...

Çində sifarişlər dronla çatdırılır - VİDEO

Çində kiçik həcmli yüklərin daşınması üçün təqdim edilən karqo xidmətlərində dronlardan geniş istifadə edilməyə başlanılıb.   Sfera.az xəbər verir ki...

Metroda gedişhaqqı artırılır?- RƏSMİ CAVAB

2025-ci il başlayandan Bakı metropolinenində sərnişin daşınmasında ardıcıl rekordlar qeydə alınır. Belə ki, cari ilin yanvarında 17,98 milyon sərnişin daşınıb. ...