Milli Məclisin üzvləri spikerin müdafiəsinə qalxdı: Səhvi yox, uğuru qabartmaq lazımdır! - VİDEO

Milli Məclisin üzvləri spikerin müdafiəsinə qalxdı: Səhvi yox, uğuru qabartmaq lazımdır! - VİDEO

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın Almatı şəhərində keçirilən MDB PA Şurasının iclasında Ermənistan parlamentinin spikeri Alen Simonyanın iddialarına cavab verib. Lakin xanım spikerin çıxışı zamanı Azərbaycan Respublikası yerinə "Azərbaycan SSR" deməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İstifadəçilər onu sərt tənqid edərək, xalqdan üzr istəməyə, hətta istefaya belə çağırıblar.



 

Mövzu ilə bağlı Sfera.az-a danışan millət vəkili Vahid Əhmədov deyib ki, bu adi səhvdir və şişirtməyə ehtiyac yoxdu.

 

 

"Bu səhvi siz də, mən də edə bilərəm. Sahibə xanım həm Azərbaycan, həm də rus dilində çox yaxşı danışır. Onun çıxışı zamanı Azərbaycan Respublikası yerinə "Azərbaycan SSR" deməsini çox şişirdirlər. Hər halda bunu qəsdən deməyib.

 

 

Hazırda onun bu texniki səhvindən təxribat məqsədi ilə istifadə edirlər. Hər kəs fokuslanıb onun "Azərbaycan SSR" deməsinə, ancaq baxın, o çıxışı zamanı Ermənistanın cavabını layiqincə verdi. Məncə, hazırda bizə lazım olan əsas məsələ budur. Təxribat xarakterli nələrsə yazmaq lazım deyil”.

 


 

 

Millət vəkili Fazil Mustafa"Facebook" səhifəsində paylaşım edərək, onu tənqid edənləri qaragüruhçu adlandırıb:

 

 

"Gərgin vəziyyətdə bir neçə dəfə söz alıb erməni spikeri tutarlı arqumentlərlə susduran Azərbaycan Respublikası Milli Məclisinin xanım sədrinə dəstək vermək əvəzinə, hamısı bir texniki səhvə ilişib qalıb.

 

 

Demək ki, çıxışda dəfələrlə Azərbaycan Respublikası sözü işlədilib, sonda Cinayət Məcəlləsində bir SSR sözü tələffüzdə səhvən yer alıb, bütün qaragüruh yenə dövrəyə girib. Demək ki, bunları erməniyə verilən cavabların mahiyyəti, erməni spikerin Azərbaycanın bütün şərtləri ilə razılaşdığı etirafı heç kimi maraqlandırmır. Düşünürlər ki, necə edək ölkənin maraqlarını bu cür platformada müdafiə edənləri qaralayaq. Dünən bir ləyaqətsiz Rusiya Müdafiə Nazirliyinin açıqlamasına istinad edərək ordumuzu qınayırdı ki, niyə Fərruxdan geri çəkilmisiniz, bu gün də onunla eyni düşüncədə olanlar öz yüksək səviyyəli çıxışı ilə ermənini çıxılmaz vəziyyətə salan bir Azərbaycan xanımına qarşı təhqirə keçiblər. Həmin şəraitdə bir cümlə söyləməyə qadir olmayanlar yenə də vətənpərvərlik dərsi keçirlər. Bu qaragüruhçular ölkəmiz üçün ən azı erməni qədər təhlükəlidir”.

 

 

 


Deputat Nigar Arpadarai də "Facebook" səhifəsində paylaşım edərək Sahibə Qafarovanı çox dürüst, peşəkar, işini mükəmməl görən xanım və əsl vətənpərvər olaraq adlandırıb:


"Onun üçün Azərbaycanın müstəqilliyi, milli maraqlarımızın müdafiəsi hər zaman birinci yerdədir, ən müqəddəs bir kateqoriyadır. Parlamentdə olduğum müddət ərzində bunu aydın şəkildə görürəm.

 

 

Ölkəmizi illərdir müxtəlif beynəlxalq təşkilatlarda ən yüksək səviyyədə təmsil edir, Qazaxıstanda MDB-nin üzvü olan dövlətlərin Parlamentlərarası Assambleya Şurasının iclasında da Azərbaycanı çox gözəl təmsil etdi, Ermənistan spikerinin bütün arqumentlərinə lazım olan cavabları verdi, Azərbaycanın 5 şərtinin qəbul edilməsi cavabını aldı. Bu uğurdur!

 

 

Çıxışı zamanı mexaniki olaraq işlətdiyi ifadə heç nəyin göstəricisi deyil. Bunu yazanlara məsləhət görərdim məzmuna kontentə baxsınlar, sözdən ilişib yersiz şərhləri ilə görülən işi yerə vurmasınlar”.

 

 
Turan Rzayev
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Bu dərman böyrək çatışmazlığı yaradır - Həkim rəyi

Bədən üçün faydalı bir mineral olan maqnezium çatışmazlığı sümük sağlamlığı, əzələ funksiyaları və ürək sağlamlığına mənfi təsir göstərə bilər. Lakin hər bir vi...

Azərbaycanda əməkhaqqı 13 faiz artdı - Rəsmi

2025-ci il fevralın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1757,0 min nəfər olmuş, onlardan 879,5 min nəfəri iqtisadiyyatın dövlət ...

Azərbaycanda İLK: Bambukdan bağ saldı, əşyalar düzəltdi + VİDEO

Lənkəran rayonunun Talışlı kəndində gözoxşayan bir bambuk bağı var.   Sfera.az xəbər verir ki, 1992-ci ildən rayonun Talışlı kəndində yaşayan Eynulla...

Xalq artistinin bu görüntüsü gündəm oldu - FOTO

Xalq artisti Məleykə Əsədova yoqa edərkən çəkdirdiyi fotosunu paylaşıb.   Sfera.az xəbər verir ki, aktrisa fotoya bu sözləri qeyd edib:  ...

Çində sifarişlər dronla çatdırılır - VİDEO

Çində kiçik həcmli yüklərin daşınması üçün təqdim edilən karqo xidmətlərində dronlardan geniş istifadə edilməyə başlanılıb.   Sfera.az xəbər verir ki...

Metroda gedişhaqqı artırılır?- RƏSMİ CAVAB

2025-ci il başlayandan Bakı metropolinenində sərnişin daşınmasında ardıcıl rekordlar qeydə alınır. Belə ki, cari ilin yanvarında 17,98 milyon sərnişin daşınıb. ...