“WhatsApp” martın 31-dən sonra bu telefonlarda işləməyəcək - SİYAHI

“WhatsApp” martın 31-dən sonra bu telefonlarda işləməyəcək - SİYAHI
Martın 31-dən etibarən "WhatsApp” artıq bu cihazlarda işləməyəcək.

Sfera.az xəbər verir ki, dünyanın hər yerindən milyardlarla gündəlik aktiv istifadəçisi olan məşhur mesajlaşma proqramı olan "WhatsApp” 31 mart tarixindən etibarən bəzi telefonlarda işləməyəcək.

 "WhatsApp” bəzi əməliyyat sistemlərindən istifadə edən telefon və planşet kimi cihazların martın 31-dən etibarən "WhatsApp” tətbiqindən istifadə edə bilməyəcəyini açıqlayıb. 

"WhatsApp” proqramı tez-tez yenilənir və tətbiqə yeni funksiyalar əlavə olunur. Bu səbəbdən bir müddət sonra "WhatsApp" yeni funksiyalarını dəstəkləməyən bəzi köhnə telefonları və köhnə əməliyyat sistemlərindən istifadə edən cihazları artıq dəstəkləyə bilməyəcəyini açıqlayır.

"WhatsApp”-dan verilən son açıqlamaya görə, martın 31-dən etibarən WhatsApp bəzi Android, iOS və KaiOS versiyalarından istifadə edən telefonlarda mövcud olmayacaq.

"WhatsApp"-ı dəstəkləməyəcək telefonlar bunlardır:

LG - LG Optimus F7, Optimus L3 II Dual, Optimus F5, Optimus L5 II, Optimus L5 II Dual, Optimus L3 II, Optimus L7 II Dual, Optimus L7 II, Optimus Prime F6, LG Enact, Optimus L4 II Dual, Optimus Prime F3, Optimus L4 II , Optimus L2 II və Optimus F3Q.

Motorola - Motorola Droid Razr.

Xiaomi - Xiaomi HongMi, Mi2a, Mi2s, Redmi Note 4G və HongMi 1s.

Huawei - Huawei Ascend D, Quad XL, Ascend D1, Quad XL və Ascend P1 S.

Samsung - Samsung Galaxy Trend Lite, Galaxy S3 mini, Galaxy Xcover 2 və Galaxy Core.
 
(azxeber)

OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...