Ermənilərin kabusu çin oldu - Edillidən sonra Fərruxda aşkarlanan kütləvi məzarlıq nələri üzə çıxardı?

Ermənilərin kabusu çin oldu - Edillidən sonra Fərruxda aşkarlanan kütləvi məzarlıq nələri üzə çıxardı?
44 günlük müharibə sonrası işğaldan azad edilən ərazilərdə Birinci Qarabağ müharibəsi zamanı işğalçı ermənilər tərəfindən qeyri-insani şəraitdə saxlanılan, daha sonra isə xüsusi amansızlıqla qətlə yetirilən mülki Azərbaycan vətəndaşlarının kütləvi məzarlıqları aşkarlanır.
 
Belə kütləvi məzarlıqlardan biri bir müddət öncə Xocavəndin Edilli kəndində aşkarlandı. Bu kütləvi məzarlıq erməni həqiqətlərinin üzə çıxması və bu xalqın əsl mahiyətinin dünyaya sübutu baxımından çox vacib idi.
 
Edilli kəndi əslində başlanğıc idi və ardının gələcəyi gözlənilirdi. Gözləntilər özünü doğrultdu.
 
Belə ki, Azərbaycan ordusunun bölmələri Xocalı rayonunun Fərrux kəndini və kəndin ətrafındakı Daşbaşı yüksəkliyini nəzarətə götürdükdən sonra orada səngər qazarkən insan qalıqları aşkar ediblər. Həmin qalıqlar da 1-ci Qarabağ müharibəsində Fərrux kəndi və Daşbaşı yüksəkliyi uğrunda gedən şiddətli döyüşlər zamanı şəhid olmuş Azərbaycan hərbçilərinə aid olduqları təxmin edilir.

Azərbaycana qarşı hərbi təcavüz zamanı Ermənistan tərəfindən bir çox beynəlxalq hüquq normaları, o cümlədən beynəlxalq humanitar hüququn tələbləri kobud şəkildə pozulub. Ermənistan tərəfindən əsir və girov götürülmüş minlərlə soydaşımızın daha dəqiq desək 3 min 890 nəfəri hələ də itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Müharibə qaydalarına zidd olaraq, mülki əhali girov götürülüb və bir çox hallarda xüsusi amansızlıqla öldürülüb.

Ermənilər öldürülən şəxslərin və işgəncələrin izlərinin itirilməsi məqsədilə onların meyitlərini kütləvi məzarlıqlarla gizlətməyə çalışıb.
 
Xocavəndin Edilli kəndi və Xocalı rayonunun Fərrux kəndininin ətrafındakı Daşbaşı yüksəkliyində aşkarlanan kütləvi məzarlıqlar bunun əyani sübutudur.

Daşbaşı yüksəkliyində aşkarlanan qalıqlarından da görünür ki, həmin şəxslərin nəşi qeyri-insani rəftara məruz qalıb. Mümkündür ki, həmin şəxslərin bir çoxu xüsusi amansızlıqla öldürülüb.

Ermənilər Ballıqaya, Qaradağlı, Xocalı və Ağdaban qətliamlarının müəllifidir.
 
Mümkündür ki, hələ Ağdam, Füzuli, Xocavənd və Şuşa şəhərinin ətraflarında da kütləvi məzarlıqlar olsun. Bu cür kütləvi məzarlıqlar Ermənistan ərazisində də ola bilər.
 
31 Mart soyqırımı ərəfəsində Fərrux kəndi ətrafında aşkarlanan kütləvi məzarlıq faktiki olaraq illər keçsə də erməni vandalizminin, barbarlığının dəyişmədiyini göstərir.  
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Bu dərman böyrək çatışmazlığı yaradır - Həkim rəyi

Bədən üçün faydalı bir mineral olan maqnezium çatışmazlığı sümük sağlamlığı, əzələ funksiyaları və ürək sağlamlığına mənfi təsir göstərə bilər. Lakin hər bir vi...

Azərbaycanda əməkhaqqı 13 faiz artdı - Rəsmi

2025-ci il fevralın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1757,0 min nəfər olmuş, onlardan 879,5 min nəfəri iqtisadiyyatın dövlət ...

Azərbaycanda İLK: Bambukdan bağ saldı, əşyalar düzəltdi + VİDEO

Lənkəran rayonunun Talışlı kəndində gözoxşayan bir bambuk bağı var.   Sfera.az xəbər verir ki, 1992-ci ildən rayonun Talışlı kəndində yaşayan Eynulla...

Xalq artistinin bu görüntüsü gündəm oldu - FOTO

Xalq artisti Məleykə Əsədova yoqa edərkən çəkdirdiyi fotosunu paylaşıb.   Sfera.az xəbər verir ki, aktrisa fotoya bu sözləri qeyd edib:  ...

Çində sifarişlər dronla çatdırılır - VİDEO

Çində kiçik həcmli yüklərin daşınması üçün təqdim edilən karqo xidmətlərində dronlardan geniş istifadə edilməyə başlanılıb.   Sfera.az xəbər verir ki...

Metroda gedişhaqqı artırılır?- RƏSMİ CAVAB

2025-ci il başlayandan Bakı metropolinenində sərnişin daşınmasında ardıcıl rekordlar qeydə alınır. Belə ki, cari ilin yanvarında 17,98 milyon sərnişin daşınıb. ...