Savaşın QARANLIQ MƏQAMLARI: Rusiya nümayəndə heyəti niyə Türkiyəni erkən tərk etdi?

Savaşın QARANLIQ MƏQAMLARI: Rusiya nümayəndə heyəti niyə Türkiyəni erkən tərk etdi?
"Ukraynadan müəyyən güzəştlər alıb, bunu xalqına və dünyaya qələbə kimi təqdim edərək müharibəni dayandırmaq bu gün Rusiyanın marağındadır”.
 
Sfera.az bildirir ki, bunu siyasi şərhçi Şahin Cəfərli deyib. O, hələ də qaranlıq qalan xeyli önəmli məqamın olduğunu deyib:

"Məsələn, atəşkəs olacaqmı və nə vaxt? Rusiya təkcə Kiyev-Çerniqovdan deyil, digər ərazilərdən də çəkiləcəkmi ? Ümumiyyətlə, Rusiyanın bu açıqlamasına nə dərəcədə etibar etmək olar? Ukrayna ordusu Kiyev vilayətində fasiləsiz rejimdə ağır zərbələr vurduğu, 24 fevraldan bəri vilayətin şəhərlərini dağıdaraq  cinayətlər törədən işğalçıların oranı rahat tərk edib getməsinə tamaşa edəcək? Çünki bu qüvvələri Rusiya komandanlığı Donbas istiqamətinə göndərəcək və oradakı Ukrayna qruplaşmasının vəziyyəti daha da ağırlaşacaq.

Başqa bir tərəfdən, Rusiyanın Çerniqov-Kiyev istiqamətindən çəkilməsi buradakı kifayət qədər güclü və çoxsaylı Ukrayna hərbi qüvvələrini də sərbəstləşdirir və onların Donbasa, eləcə də ehtiyac olan digər istiqamətlərə göndərilməsinə imkan yaradır. Rusiya niyə bunda maraqlı olsun? Belə çıxır ki, tərəflər digər istiqamətlərdə döyüşü dayandırıb, yalnız Donbasda müharibə aparmağa razılaşır? Tutaq ki, Rusiya bütün Donbası işğal edib, regionun inzibati sərhədlərinə çıxsa, Ukrayna buna razı olub, müharibəni dayandıracaq? Yaxud əksinə, Ukrayna ordusu Donbasdakı mövcud mövqelərini əldən verməsə, hətta irəliləsə, Rusiya bunu qəbul edəcək? Yəni, Donbasdakı müharibənin hansı nəticələri tərəflər üçün məqbuldur? Anlamaq olmur”.

Ş.Cəfərli vurğulayıb ki, atəşkəs barədə hələ ki razılıq yoxdur və bu isə o deməkdir ki, savaş bütün istiqamətlərdə davam edir: "Rusiya nümayəndə heyəti artıq Türkiyəni tərk edib. Halbuki danışıqların bu gün də davam etdirilməsi nəzərdə tutulmuşdu”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Bu dərman böyrək çatışmazlığı yaradır - Həkim rəyi

Bədən üçün faydalı bir mineral olan maqnezium çatışmazlığı sümük sağlamlığı, əzələ funksiyaları və ürək sağlamlığına mənfi təsir göstərə bilər. Lakin hər bir vi...

Azərbaycanda əməkhaqqı 13 faiz artdı - Rəsmi

2025-ci il fevralın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1757,0 min nəfər olmuş, onlardan 879,5 min nəfəri iqtisadiyyatın dövlət ...

Azərbaycanda İLK: Bambukdan bağ saldı, əşyalar düzəltdi + VİDEO

Lənkəran rayonunun Talışlı kəndində gözoxşayan bir bambuk bağı var.   Sfera.az xəbər verir ki, 1992-ci ildən rayonun Talışlı kəndində yaşayan Eynulla...

Xalq artistinin bu görüntüsü gündəm oldu - FOTO

Xalq artisti Məleykə Əsədova yoqa edərkən çəkdirdiyi fotosunu paylaşıb.   Sfera.az xəbər verir ki, aktrisa fotoya bu sözləri qeyd edib:  ...

Çində sifarişlər dronla çatdırılır - VİDEO

Çində kiçik həcmli yüklərin daşınması üçün təqdim edilən karqo xidmətlərində dronlardan geniş istifadə edilməyə başlanılıb.   Sfera.az xəbər verir ki...

Metroda gedişhaqqı artırılır?- RƏSMİ CAVAB

2025-ci il başlayandan Bakı metropolinenində sərnişin daşınmasında ardıcıl rekordlar qeydə alınır. Belə ki, cari ilin yanvarında 17,98 milyon sərnişin daşınıb. ...