6 yaşlı qızlarını öldürüb yandırdılar, sonra isə görün... - FOTO
Qızlarının göldə boğulduğunu deyən ata və ana bir neçə gün əvvəl polislərə "tamaşa" oynayıblar.
Sfera.az publika.az-a istinadən bildirir ki, valideynlər polisə verdiyi məlumatda 6 yaşlı qızları - Veronikanın avqustun 6-da evdən çıxdığını və suda batdığını deyiblər. Polis dərhal axtarışa başlayıb, axtarışlara könüllülər də qoşulublar. Moskva ətrafı göldə itkin düşən Veronika Çernikovanı şəhərin bütün polisləri və yüzlərlə könüllüləri axtarsa da, heç bir nəticə əldə etmək mümkün olmayıb.
Qeyd edək ki, Veronika cütlüyün ögey qızı olub. Cütlük onu bir neçə il əvvəl uşaq evindən götürüb.
Avqustun 8-də Çernikov ailəsinin qəfil yoxa çıxması polisə qəribə gəlib. Evdə heç kəs olmayıb, telefon zənglərinə cavab verilməyib. Lakin müstəntiqlərin və əməliyyatçıların səyi nəticəsində kişi ilə qadının harada gizləndiklərini öyrənmək mümkün olub. Bundan sonra qızın yoxa çıxmasında cütlüyün əli olduğuna dair heç bir şübhə yeri qalmayıb. Belə ki, şübhəli bilinənlər Gümüş Göllər qəsəbəsində qəbristanlığın ərazisində tapılıb, hər ikisi sərxoş vəziyyətdə olub. Moskva vilayəti üzrə istintaq komitəsinin rəhbərinin baş köməkçisi Olqa Vradiy bildirib ki, ögey valideynlər cinayəti etiraf ediblər. Onlar qızın guya hələ aprel ayında hamamda boğulduğunu və baş verən hadisədən qorxduqları üçün meyitdən yaxa qurtarmaq məqsədilə qızı tonqalda yandırdıqlarını deyiblər.
Ögey valideynlər qızın yoxa çıxmasını uzun müddət hamıdan gizlədə biliblər. Lakin qəyyumluq orqanlarının əməkdaşlarının onlara gələcəyini eşidəndə polis çağırıb qondarma "tamaşa" oynayıblar. İndi müstəntiqlər ər-arvadın dediklərinin nə dərəcədə həqiqətə uyğun olduğunu yoxlayırlar və qızın cəsədinin axtarışları aparılır.