"Novruzda lazımsız testlərə görə 500 000 dollar havaya sovruldu" - Azər Qərib

Media
11:33 / 30.03.2022
500
"Novruz günlərində ölkə xaricinə axın var idi, hava limanı gedənlərlə dolu idi”.
Sfera.az bildirir ki, bunu tanınmış jurnalist, bloqer-səyyah Azər Qərib deyib. Onun sözlərinə görə, on minlərlə insan tətili digər ölkələrdə keçirməyə yollanıb:
"Minimal bir rəqəm götürək, məsələn 10 min insan. Oralarda testin ortalama qiyməti isə 50 dollardır. 10 mini 50 dollara vursaq, 500 000 dollar olur. Yəni cəmi bir həftə ərzində vətənlərinə dönən Azərbaycan vətəndaşları qayıtmayan investisiya qoyub gəldilər - daha doğrusu pullarını havaya sovurdular. 500 000 dollar, hələ mən minimal olaraq hesablama apardım”.
A.Qərib qeyd edib ki, sözügedən məbləğ artıq heç kimə lazım olmayan, mənasız testlərə xərclənib:
"Daha doğrusu, xarici səhiyyə sisteminin dəstəklənməsinə. Bu baxımdan düşünürəm ki, tələbi ləğv etmək vaxtı artıq çatıb, hətta vaxtı keçib”.
Türkan
Sfera.az