Ukrayna NATO-dan imtina edir? - Putin-Zelenski görüşü Türkiyədə baş tutarsa...

Ukrayna NATO-dan imtina edir? - Putin-Zelenski görüşü Türkiyədə baş tutarsa...
"Ankara vasitəçilikdə israrlıdır. Çünki müharibəni dayandırmaq və savaşın miqyasının genişləndirilməsinin qarşısını almaq Türkiyə üçün böyük dividentlər vəd edir”.

Bunu Sfera.az-a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında keçirilən görüşdən danışarkən deyib. O bildirib ki, artıq Moskva ilə Kiyev də sülhə daha "isti" yanaşırlar:

"Rusiya iqtisadi təzyiqlər, sanksiyalar altında tədricən "boğulur". Ukraynanın isə gücü tükənməkdədir. Savaşın daha bir müddət davam edəcəyi təqdirdə, hər iki ölkədə etiraz dalğasının yaranması və ya mövcud narazılıqların artması gözləniləndir. Bu baxımdan prezidentlər səviyyəsində görüş həm Rusiyanın, həm də Ukraynanın maraqlarına uyğundur. Əsas məsələ isə ortaq məxrəcin tapılmasıdır. Müharibənin artıq bir aydır davam etdiyini nəzərə alsaq, deməli, tərəflər kifayət qədər prinsipial davranmağa çalışırlar. Buna baxmayaraq, güzəşt üçün də yer var”.

Müsahibimiz deyib ki, Kiyevin rəsmi şəkildə NATO-dan imtina etməsi mümkündür:

"Onsuz da NATO-ya üzvlük indiki halda müşkül məsələdir. Üstəgəl, Zelenski bu barədə bir neçə oxşar fikirlər səsləndirib. Həmçinin, Krım məsələsində müəyyən güzəştlər ola bilər. Podolyak dünən bu haqda danışarkən referendum keçiriləcəyinin anonsunu verib. Lakin, əlbəttə, bunlar qarşılıqsız olmayacaq - əvəzində Rusiyanın Ukraynadan çıxması tələb olunacaq. Eyni zamanda, Moskvanın Kiyevin daxili işlərinə qarışmayacağına dair öhdəlik tələb oluna bilər. 
 
Qeyd etdiyim kimi, Krım məsələsində Rusiyaya müəyyən güzəştlər oluna bilər, lakin bu, heç bir halda Ukraynanın məğlubiyyəti kimi qiymətləndirilməməlidir. Əksinə, indi olduğu kimi, yaxın gələcəkdə, müharibə bitəndən sonra da Rusiyanın işi daha çətin olacaq. Kreml sanksiyaların hələ sadəcə "nəfəsini" hiss edir”.

Siyasi şərhçi əlavə edib ki, yaxın günlərdə prezidentlər səviyyəsində təmaslar gündəmə gələcək və belə bir görüş baş tutacaq:

"Dövlət başçılarının (Putin və Zelenski) məhz Türkiyədə görüşəcəyi gözlənilir. İstənilən halda, Ərdoğanın rəhbərliyi ilə qardaş ölkə vasitəçilik təşəbbüslərini davam etdirir. Əgər Türkiyə lideri bunu bacarsa, təkcə Rusiya və Ukraynanın deyil, həm də planetin xilaskarına çevriləcək, Qərbin məkrli oyununu isə pozacaq”.

Günay Rəsulqızı
Sfera.az

 

OXŞAR XƏBƏRLƏR

Bu dərman böyrək çatışmazlığı yaradır - Həkim rəyi

Bədən üçün faydalı bir mineral olan maqnezium çatışmazlığı sümük sağlamlığı, əzələ funksiyaları və ürək sağlamlığına mənfi təsir göstərə bilər. Lakin hər bir vi...

Azərbaycanda əməkhaqqı 13 faiz artdı - Rəsmi

2025-ci il fevralın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1757,0 min nəfər olmuş, onlardan 879,5 min nəfəri iqtisadiyyatın dövlət ...

Azərbaycanda İLK: Bambukdan bağ saldı, əşyalar düzəltdi + VİDEO

Lənkəran rayonunun Talışlı kəndində gözoxşayan bir bambuk bağı var.   Sfera.az xəbər verir ki, 1992-ci ildən rayonun Talışlı kəndində yaşayan Eynulla...

Xalq artistinin bu görüntüsü gündəm oldu - FOTO

Xalq artisti Məleykə Əsədova yoqa edərkən çəkdirdiyi fotosunu paylaşıb.   Sfera.az xəbər verir ki, aktrisa fotoya bu sözləri qeyd edib:  ...

Çində sifarişlər dronla çatdırılır - VİDEO

Çində kiçik həcmli yüklərin daşınması üçün təqdim edilən karqo xidmətlərində dronlardan geniş istifadə edilməyə başlanılıb.   Sfera.az xəbər verir ki...

Metroda gedişhaqqı artırılır?- RƏSMİ CAVAB

2025-ci il başlayandan Bakı metropolinenində sərnişin daşınmasında ardıcıl rekordlar qeydə alınır. Belə ki, cari ilin yanvarında 17,98 milyon sərnişin daşınıb. ...