Həyat yoldaşına hədiyyə etdiyi 40 milyon dollarlıq təyyarə gündəm oldu - FOTOLAR

Media
16:06 / 29.03.2022
1168
Amerikalı müğənni Beyonsun 2012-ci ildə həyat yoldaşına hədiyyə etdiyi 40 milyon dollarlıq şəxsi təyyarə gündəm olub.
Sfera.az bildirir ki, bu barədə "Sun” qəzeti məlumat yayıb. Nəşrdə dərc olunan yazıya görə, ifaçı qızı Blue Ivy doğulandan sonra repçi həyat yoldaşı Cey-Z-yə heyrətamiz təyyarə bağışlayıb. Eni 21 metr, uzunluğu 26 metr olan təyyarənin 2 vanna otağı və tam təchiz olunmuş mətbəxi var. Üzərində Cey-Z-nin əsl adı Şon Karterin şərəfinə "S.Karter” yazısı qeyd olunub.
"Bombardier Aviation” tərəfindən istehsal edilən ən böyük super orta ölçülü biznes-jet olan "Bombardier Challenger 850" tipli təyyarənin rahat oturacaqları, 4 nəfərlik stolu, yataq otağı, böyük televizoru olan qonaq sahəsi və barı mövcuddur. Ümumilikdə, təyyarə 16 sərnişin qəbul edə bilər.
Qeyd edək ki, məşhur cütlüyün sərvəti 1 milyard dolları ötür.
Türkan
Sfera.az