Uill Smit parlamentə dəvət edildi

Media
15:27 / 29.03.2022
992
Amerikalı aktyor Uill Smit Böyük Britaniya parlamentinə dəvət edilib.
Sfera.az bildirir ki, buna səbəb aktyorun ötən gün Amerika Kino Akademiyasının "Oskar” mükafatlarının təqdimetmə mərasimi zamanı tədbirin aparıcısı Kris Roka vurduğu şillə olub.
Mühafizəkar deputat Dehenna Davison hadisədən sonra Uillə məktub yazaraq, onun millət vəkillərinə müraciət etməsini xahiş edib. Davison məktubda atasının bir yumruqla öldüyü uşaqlıq təcrübəsindən də danışıb:
"Rokun zarafatının gülməli olmadığını düşünsəm də, bu mühüm platformadan yaxşılıq deyil, zorakılığı təbliğ etmək üçün istifadə etdiyinizə görə çox məyus oldum. 13 yaşım olanda atam başından aldığı tək zərbədən öldü. Həyatım alt-üst oldu və məni siyasətə sövq edən də bu idi. Buna görə də sizi yaxınlarını bir yumruqla itirənlərin hekayələrini eşitmək üçün parlamentə dəvət edirəm. Keçmişdə etdiklərimizi dəyişdirə bilmərik, amma gələcəyimizi formalaşdıra bilərik. Zəhmət olmasa, bir yumruqluq hücumlar haqqında məlumatlılığın artırılmasına kömək etmək üçün mənə qoşulun. Başqalarının ailəmin və daha çoxunun çəkdiyi ağrıları yaşamasının qarşısını alın”.
Xatırladaq ki, "Oskar” mərasimi zamanı komediya ustası Uill Smitin həyat yoldaşı Ceyd Pinkett-Smitin "heyranedici, çox qısa saçları" ilə bağlı zarafat edib. Smit oturduğu yerdən qalxaraq səhnəyə gedib və Rokun üzünə şillə vurub. O, sonra kreslosuna qayıdıb və oradan Roka söyüş söyüb. Bu zaman verilişin səsi kəsilib.
Türkan
Sfera.az