Lobodanın instaqramı bloklandı

Maqazin
15:20 / 29.03.2022
1081
Ukraynanın Əməkdar artisti Svetlana Lobodanın instaqram səhifəsi bloklanıb.
Sfera.az xəbər verir ki, bu barədə o, teleqram kanalında məlumat verib. Loboda sözügedən məsələ ilə məşğul olduğunu bildirib.
İzləyicilərinə müraciət edən müğənni qeyd edib ki, bu gün hər kəs üçün çox çətin dövrdür: "Bu gün Ukraynada, həmçinin hər bir insanın içində müharibə gedir. Müharibə ən dəyərli şeyi – insanların həyatını məhv edir. Amma biz insanlığı itirməməliyik, çünki sevgi ölümə qalib gəlir”.