Kiyevin bu addımı Ankaranı boğazları bağlamağa vadar etdi: Türkiyə Ukrayna-Rusiya müharibəsinin tərəfi olacaq?

Kiyevin bu addımı Ankaranı boğazları bağlamağa vadar etdi: Türkiyə Ukrayna-Rusiya müharibəsinin tərəfi olacaq?

Rusiya-Ukrayna müharibəsinin təsirləri artıq region ölkələri tərəfindən də hiss edilir. Xüsusilə bu təsiri ən çox hiss edən ölkə hazırda tərəfləri ortaq məxrəcə gətirmək üçün vasitəçilik səyləri göstərən Türkiyədir.


Məsələ ondadır ki, Ukrayna hərbi dəniz qüvvələri Rusiyanın hərbi gəmilərindən Odessaya və digər liman şəhərlərinə desant çıxarmasının qarşısını almaq məqsədilə Qara dəniz sahilində təxminən 420 mina yerləşdirib. Düzdür, bu minaların İkinci Dünya müharibəsi dövrünə aid olduğu bildirilsə də, nəticə etibarilə başda Türkiyə olmaqla, Qara dəniz sahili olan digər ölkələr üçün ciddi təhlükə törədir. Misal üçün, son günlər Ukraynaya məxsus minalar istanbul boğazında aşkarlanır. Son olaraq Türkiyə Müdafiə Nazirliyi Qara dənizdə, Bolqarıstanla sərhədə yaxın ərazidə mina aşkarlayıb. Türkiyə Silahlı Qüvvələri bütün bu halların qarşısını alıb minaları zərərsizləşdirsə də, təhlükə aradan qalxmayıb.

 

İstanbul boğazı dünya dəniz ticarətinin ən strateji nöqtələrindəndir. Boğazların Türkiyə və region üçün əhəmiyyətini hər kəs yaxşı bilir. Bu gün Türkiyə tərəfi boğazlara yaxınlaşan minaları aşkarlasa da, aşkarlanmayan bir minanın yaradacağı təhlükə çox böyükdür.

 

Kreml minalar məsələsindən istifadə etmək istəyir?

 

Rusiya indiki məqamda mina məsələsini böyüdür və Qara dəniz ölkələrinə minaların hamıya təhlükə yaratdığını bildirir. Kremlin bu iddiası öz maraqlarına hesablansa da, realdır. Məsələ ondadır ki, minalar hava şəraitindən asılı olaraq istiqamətini dəyişib nəzarətdən çıxa, Qara dənizdə başıboş şəkildə seyr edə bilər. Bu isə istənilən mülki, hərbi və ticarət gəmisinə pontensial təhlükə deməkdir.

 

Rusiya yaxşı bilir ki, Ukraynanın alternativi yoxdur. Odessa və digər liman şəhərləri qorunmaq məcburiyyətindədir. Kreml hazırda digər region ölkələrini öz tərəfinə çəkmək üçün Kiyevi onların qəzəbinə tuş gətirmək istəyir. Türkiyə də bu ölkələrdəndir.

 

Ankara müharibənin tərəfi olacaq, yoxsa vasitəçisi?

 

Aydın məsələdir ki, bəzi güclər Türkiyəni Rusiya-Ukrayna müharibəsinin tərəfi etməyə çalışır. Müharibənin ilk günündən etibarən buna səylər də göstərilir. Rəsmi Ankara isə bütün təhriklərə baxmayaraq Ukrayna ilə Rusiya arasında vasitəçi ölkə olaraq tərəfləri uzlaşdırmağa səy göstərir. Türkiyə Ukraynanın haqlı mübarizəsini dəstəkləyir, ancaq Rusiya ilə də təmaslar kəsilmir.

 

Ankaranın sərgilədiyi mövqe hazırda ən doğru mövqedir. Düşünmürəm ki, Türkiyə Rusiya-Ukrayna müharibəsinin bu və ya başqa formada tərəfi olacaq. Ümumiyyətlə, real yanaşsaq, hazırda Rusiya və Ukraynanı danışıqlar masasına əyləşdirə biləcək real güc Türkiyədir. O ki qaldı məlum minalar məsələsinə,  Türkiyə bu istiqamətdə də səylər göstərir və Rusiya-Ukrayna arasında bir uzlaşma əldə edəcək.

 

Turan Rzayev



 

OXŞAR XƏBƏRLƏR

Bu dərman böyrək çatışmazlığı yaradır - Həkim rəyi

Bədən üçün faydalı bir mineral olan maqnezium çatışmazlığı sümük sağlamlığı, əzələ funksiyaları və ürək sağlamlığına mənfi təsir göstərə bilər. Lakin hər bir vi...

Azərbaycanda əməkhaqqı 13 faiz artdı - Rəsmi

2025-ci il fevralın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1757,0 min nəfər olmuş, onlardan 879,5 min nəfəri iqtisadiyyatın dövlət ...

Azərbaycanda İLK: Bambukdan bağ saldı, əşyalar düzəltdi + VİDEO

Lənkəran rayonunun Talışlı kəndində gözoxşayan bir bambuk bağı var.   Sfera.az xəbər verir ki, 1992-ci ildən rayonun Talışlı kəndində yaşayan Eynulla...

Xalq artistinin bu görüntüsü gündəm oldu - FOTO

Xalq artisti Məleykə Əsədova yoqa edərkən çəkdirdiyi fotosunu paylaşıb.   Sfera.az xəbər verir ki, aktrisa fotoya bu sözləri qeyd edib:  ...

Çində sifarişlər dronla çatdırılır - VİDEO

Çində kiçik həcmli yüklərin daşınması üçün təqdim edilən karqo xidmətlərində dronlardan geniş istifadə edilməyə başlanılıb.   Sfera.az xəbər verir ki...

Metroda gedişhaqqı artırılır?- RƏSMİ CAVAB

2025-ci il başlayandan Bakı metropolinenində sərnişin daşınmasında ardıcıl rekordlar qeydə alınır. Belə ki, cari ilin yanvarında 17,98 milyon sərnişin daşınıb. ...