Qərb-Rusiya mübarizəsində KRİTİK MƏRHƏLƏ: Yaxın 15 gündə...

Qərb-Rusiya mübarizəsində KRİTİK MƏRHƏLƏ: Yaxın 15 gündə...
"Qərb ilə Rusiya arasında Ukrayna mərkəzli güc mübarizəsi qarşıdakı 15 gündə iki kritik sınaqdan keçəcək”.
 
Sfera.az bildirir ki, bunu politoloq Nazim Cəfərsoy deyib. Onun sözlərinə görə, bunlardan biri rus qazının rubl ilə satılması məsələsidir:

"Rusiya 31 marta qədər prosesin mexanizmini hazırlamalıdır. Avropanın əsas gücü  Almaniyanın vitse-kansleri "G7”nin qaza rublla ödəmə etməyəcəyini deyib. Peskov da "ödəməsələr, xeyriyyəçilik etmək fikrimiz yoxdur", deyə bildirib.  Bu arada Avropa ilə Amerika arasında imzalanan qaz anlaşmasının maksimum miqdarı illik 15 milyard kubmetrdir. Bu isə Rusiyadan ixrac edilən illik qazın (200 milyard kubmetr) sadəcə 7,5 %-ni  təşkil edir. Fikrimcə, bu prosesdə Rusiya tərəfinin əli daha güclüdür və tərəflər onun mövqeyinə daha yaxın bir kompromisə gələcəklər. Enerji qiymətləri də artmağa davam edəcək”.

Politoloq qeyd edib ki, digər kritik məsələ Avropada Ukrayna böhranından sonrakı seçkilərdir:

"3 apreldə Serbiya, 10 apreldə Fransada seçkilər olacaq. Serbiyada seçkilərin nəticələri həm də serblərin AB ilə Rusiya arasında seçimi barədə müəyyən fikir verəcək.  Fransadakı seçkilərin nəticəsi isə Qərbi Avropada hökumətlərin Rusiya siyasəti barədə mühüm bir işarə olacaq. Makron bu seçkidə ciddi zərbə alsa, bu digər ölkələr üçün həyəcan siqnalı ola bilər. Hələ nəzərə alaq ki, Makron Ukrayna məsələsində sülh üçün Avropada ən çox canfəşanlıq edən liderdir. Sloveniya xaric bu il Avrupa Birliyində başqa ölkədə normal vaxtlı seçki yoxdur. 2023 ildə isə xeyli olacaq”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bu dərman böyrək çatışmazlığı yaradır - Həkim rəyi

Bədən üçün faydalı bir mineral olan maqnezium çatışmazlığı sümük sağlamlığı, əzələ funksiyaları və ürək sağlamlığına mənfi təsir göstərə bilər. Lakin hər bir vi...

Azərbaycanda əməkhaqqı 13 faiz artdı - Rəsmi

2025-ci il fevralın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1757,0 min nəfər olmuş, onlardan 879,5 min nəfəri iqtisadiyyatın dövlət ...

Azərbaycanda İLK: Bambukdan bağ saldı, əşyalar düzəltdi + VİDEO

Lənkəran rayonunun Talışlı kəndində gözoxşayan bir bambuk bağı var.   Sfera.az xəbər verir ki, 1992-ci ildən rayonun Talışlı kəndində yaşayan Eynulla...

Xalq artistinin bu görüntüsü gündəm oldu - FOTO

Xalq artisti Məleykə Əsədova yoqa edərkən çəkdirdiyi fotosunu paylaşıb.   Sfera.az xəbər verir ki, aktrisa fotoya bu sözləri qeyd edib:  ...

Çində sifarişlər dronla çatdırılır - VİDEO

Çində kiçik həcmli yüklərin daşınması üçün təqdim edilən karqo xidmətlərində dronlardan geniş istifadə edilməyə başlanılıb.   Sfera.az xəbər verir ki...

Metroda gedişhaqqı artırılır?- RƏSMİ CAVAB

2025-ci il başlayandan Bakı metropolinenində sərnişin daşınmasında ardıcıl rekordlar qeydə alınır. Belə ki, cari ilin yanvarında 17,98 milyon sərnişin daşınıb. ...