Rusiya Kiyevi onlara görə ələ keçirə bilmir – 30 nəfərlik dəstə alaqaranlıqda…

Media
15:53 / 28.03.2022
3715
Rusiyanın Kiyevi ələ keçirə bilməməsi hələ
də müharibənin ən çox danışılan mövzularından biridir.
Sfera.az "The Guardian”a istinadən xəbər verir ki, ukraynalı komandirin verdiyi məlumata əsasən, 30 nəfərlik xüsusi qrup Rusiya karvanını pilotsuz təyyarələrlə sıxışdıraraq, onların irəliləməsinə mane olur. 2014-cü ildə yaradılan könüllülər komandası olan Aerorozvidka İT işçiləri və dron dizaynerləri tərəfindən yaradılıb. Bu komanda indi Rusiya-Ukrayna müharibəsində əsas rol oynamağa başlayıb.
"Aerorozvidka”nın ekipajı həmişə təhlükə altındadır, çünki ruslar pilotsuz təyyarələrin siqnallarını kəsərək minaatanlarla cavab verirlər.
Bir tərəfdən Aerorozvidka Rusiyanın Ukraynaya qarşı texniki müharibəsi üzərində də işləyir. Ukraynanın kommunikasiya xətlərinə hücumlar təşkil edərək rabitəni zədələməyə çalışan düşmən qoşunlarının istifadə etdiyi rabitəni bloklayan alətləri təqib edərək hücumlarını buna uyğun planlaşdırır.
Aerorozvidka assosiasiyası həmçinin müharibələrin gələcəyi ilə bağlı ipuçları verir və gələcək müharibələrdə belə texnologiyalardan istifadənin nə qədər vacib olacağını vurğulayır.
Əzizə Zeynal

Ukrayna Rusiya tanklarına qarşı Qərb dövlətlərinin
göndərdiyi tank əleyhinə sursatlardan istifadə edir. Aerorozvidka komandası isə
dövlət tərəfindən maliyyələşdirilən sistemlə dronlar, termal kameralar və uzaq
məsafəli modemlər alır.
Polkovnik-leytenant Yaroslav Honçarın
komandanlığı ilə bu kiçik bölmə İvankov şəhəri yaxınlığında rus tanklarının
karvanını pusquya salıb. Velosiped sürən əsgərlər alaqaranlıqda meşədən keçərək rus tanklarına yaxınlaşa biliblər. Çernobıl istiqamətindən
Kiyevə doğru irəliləyən tanklar bu şəkildə pusquya düşüblər. Gecə görmə eynəkləri,
snayper tüfəngləri, pultla partladılmış minalar, termal kameralı dronlar və 1,5
kiloqrama qədər bomba daşıya bilən xüsusi dronların köməyi ilə komanda Kiyevin
müdafiəsinə dəstək verən gizli qəhrəmanlara çevrilib.
Aerorozvidka bölməsi müharibənin ilk
günündə Rusiyanın Hostomel hava limanına hücumunu dəf etməyi öhdəsinə götürüb.
Bölmə yenə pilotsuz təyyarələrin köməyi ilə 200 rus desantını aşkar edərək
onları atəşə tutub.
Bütün bu iddiaları bir-bir sübut etmək
mümkün olmasa da, Ukraynanın İvankovdakı müdafiə uğuru ABŞ rəsmiləri tərəfindən
vurğulanır və bu pilotsuz təyyarələrdən istifadənin müharibədə Ukraynanın
xeyrinə bir çox vəziyyətlər yaratdığı qeyd edilir.
Aerorozvidka komandası ilk dəfə 2014-cü
ildə Maydan üsyanı zamanı meydana çıxıb. Rusiyanın Krımı ilhaqı və Donbassda
müharibənin ilkin mərhələlərində öz texniki avadanlıqlarını ortaya qoyan komandanın
yaradıcısı Vladimir Koçetkov-Sukaçdır. O, 2015-ci ildə Donbassdakı döyüşlər
zamanı həlak olub.