Rubl manata nisbətən cüzi bahalaşdı

Rubl manata nisbətən cüzi bahalaşdı

 

Avro, türk lirəsi, funt sterlinq manata nisbətən möhkəmlənir.

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın avqustun 10-a olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların manata qarşı məzənnəsi avqustun 9-u ilə müqayisədə 0,22% artaraq 1,6040 manat təşkil edib.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl isə manata qarşı 0,4% bahalaşıb. Belə ki, rubl 0,0247 manatdan 0,0248 manata qalxıb.

 

 


OXŞAR XƏBƏRLƏR