Rusiya Avropa İttifaqına qazı rublla satmağa başlayır – Putin hökumətdən hər ay hesabat alacaq

Media
13:28 / 28.03.2022
819
Rusiya Prezidenti Vladimir Putin Nazirlər Kabinetinə, Mərkəzi Banka və "Qazprom”a Avropa İttifaqı (Aİ) ölkələri üçün qaz ödənişlərinin rubla dəyişməsi haqqında tapşırıq verib.
Rusiyanın baş naziri Mixail Mişustin, Mərkəzi Bankın sədri Elvira Nabiullina və "Qazprom”un sədri Aleksey Miller bu məsələnin həllində məsul şəxslər olacaq. Onlar bununla bağlı martın 31-dək, sonra isə hər ay hesabat hazırlayacaqlar.
Vasif
Sfera.az "RİA Novosti”yə istinadən xəbər verir ki, bu haqda Kremlin mətbuat xidməti məlumat açıqlayıb.
Xatırladaq ki, bundan əvvəl Putin hökumət üzvləri ilə görüşdə Rusiyanın qeyri-dost ölkələrə qaz nəqli üçün ödənişləri rublla qəbul edəcəyini bildirmişdi.