Məşhur aktyor özündən 30 yaş kiçik sevgilisindən ayrıldı - FOTO

16:59 / 26.03.2022
1727
Məşhur türkiyəli aktyor Tamer Karadağlı özündən 30 yaş kiçik sevgilisi İraz Yıldızdan ayrılıb.
Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Karadağlı 1 ildir eşq yaşadığı pianoçu sevgilisi ilə fikir ayrılıqlarına görə münasibətlərinə son qoyub. Ayrılıq qərarından sonra cütlük birlikdə çəkdirdikləri fotoları instaqram hesabından silib və bir-birini izləmədən çıxarıblar.
Qeyd edək ki, Tamer Karadağlı özündən 30 yaş kiçik xanımla sevgili olduğu üçün izləyicilər tərəfindən tənqid olunmuşdu.
(qafqazinfo)