Şoyqu üzə çıxsa da, iddiaların ardı-arası kəsilmir: İclasda niyə hərbi formada olmayıb?

Şoyqu üzə çıxsa da, iddiaların ardı-arası kəsilmir: İclasda niyə hərbi formada olmayıb?
11 Mart 2022-ci ildən bəri mediada görünməyən Rusiya Müdafiə Naziri Sergey Şoyqu Prezident Vladimir Putinin keçirdiyi Təhlükəsizlik Şurasının operativ iclasında görünüb. Şoyqunun Təhlükəsizlik Şurasının operativ iclasında görünməsi onun ətrafında cərəyan edən şübhələri aradan qaldırmayıb. Xüsusilə onun iclasda hərbi formada olmaması yeni iddiaları ortaya çıxarıb.
 
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov deyib ki, Dmitri Peskovun açıqlamasından sonra Sergey Şoyqunun efirə çıxmasının özü belə bəzi şübhəli məqamları ortaya qoyur.

"Məsələ ondadır ki, Putin Təhlükəsizlik Şurasının operativ iclasında Sergey Şoyqunu özündən aralı tutmuşdu. Putinin bu tipli davranışları ilə artıq konkret mesajlar verdiyini hərkəs bilir. İclasın digər bir maraqlı faktı da Şoyqunun hərbi geyimdə olmaması və Rusiya ordusunun Baş Qərargah rəisi Gerasimovun iştirakı olmadan baş tutmasıdır. 

1 aylıq Rusiya-Ukrayna müharibəsində rus ordusu 6 general daxil olmaqla, 15 300-dən artıq hərbiçi itirib. Bu vəziyyətdən prezident Putin də narazıdır. Şoyqu isə itkilərdə əsas günahkar olaraq görünür”.

Turan Rzayev
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Manatın məzənnəsi ilə bağlı MÜHÜM AÇIQLAMA

Mərkəzi Bank xəbər verir ki, 28.02.2025-ci il tarixində pul bazası 19 milyard 842 milyon manat təşkil edib. Bu da o deməkdir ki, 2025-ci ilin fevral ayında...

Bayramovun son şərti - Ermənistan sülh üçün nə etməlidir?

Xəbər verdiyimiz kimi, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında Ermənistanla sülh sazişinin mətni ilə bağlı danışıqlar prose...

Paytaxt sakinlərinə: ÇAĞIRIŞ: Martın 15-də...

Yazın gəlişi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şənbə günü, mart ayının 15-də paytaxtda ümumşəhər iməcliyi və ağacəkmə aksiyası keçiriləcək. &...

Qeyri-iş günlərində Həcc ziyarətinə sənəd qəbulu davam edəcək?

Mart ayının 20, 21 günlərini çıxmaq şərti ilə Həcc ziyarətinə sənəd qəbulu digər günlərdə davam edəcək.   Sfera.az xəbər verir ki, bunu Trend-in sorğ...

Bu ilin ilk Ay tutulması başladı

Bu ilin ilk Ay tutulması Bakı vaxtı ilə saat 07:57-dən etibarən başlayıb.   Sfera.az xəbər verir ki, bu 2025-ci ilin tam Ay tutulmasıdır.   ...

Azərbaycanda dərs vaxtı şagirdi qaçıran şəxsin KİMLİYİ BİLİNDİ

Goranboyda 15 yaşlı qızı qaçıran şəxsin kimliyi məlum olub.   Sfera.az xəbər verir ki, 2010-cu il təvəllüdlü Z.B.-ni qaçıran şəxs 1996-cı il təv...