Husilərin hücumlarına REAKSİYA

Husilərin hücumlarına REAKSİYA
"Husilərin Səudiyyəyə qarşı hücumları beynəlxaq hüququn norma və prinsiplərinin pozulmasıdır”. 

Sfera.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi Tvitterdə yazıb.
 
Açıqlamada husilərin ölkənin müxtəlif bölgələrində mülki şəxslərə və neft obyektlərinə qarşı həyata keçirdikləri hücumlar qınanılıb.
 
Qeyd edək ki, dünən husilər tərəfindən Səudiyyə Ərəbistanının cənubunda yerləşən Samta şəhərində elektrik paylayıcı qurğu hədəf alınıb, hücumdan sonra obyektdə yanğın başlayıb. 

Turan Rzayev 
Sfera.az

OXŞAR XƏBƏRLƏR