Rusiya yenidən aktiv hücumlara keçəcək - Bu iki istiqamətdən...

Rusiya yenidən aktiv hücumlara keçəcək - Bu iki istiqamətdən...
Artıq Rusiya və Ukrayna arasında başlanan müharibənin bir ayı geridə qaldı. Lakin görünən odur ki, Ukrayna tərəfinin ciddi müdaxiləsi və tətbiq olunan sanksiyalara baxmayaraq, Rusiyanın dayanmaq kimi niyyəti yoxdur.
 
Maraqlıdır, demək olar ki, iqtisadi blokadaya salınan Rusiyanın müharibəni hələ də dayandırmaması nə ilə əlaqədardır? Proses nə vaxta kimi davam edə bilər?

Mövzu ilə bağlı Sfera.az-a danışan politoloq Natiq Miri Rusiyanın müharibədə geri çəkilmək kimi fikrinin olmadığını və geri çəkilmənin Putin rejiminin sonu olacağını bildirib:

"Rusiyanın hələ də müharibəni davam etdirməsi hərbi-siyasi hədəflərinə çata bilməməsi ilə əlaqəlidir. Yanlış hesabatlar sayəsində düşünülürdü ki, Rusiya ildırımsürətli əməliyyatlar keçirərək Ukraynanın bütün strateji şəhərlərini işğal edə biləcək. Lakin Ukrayna xalqının dirənişi bu hesabatların yanlış olduğunu göstərdi. Bundan sonra müharibənin davam etməsi Rusiya Prezidenti Putinin siyasi iradəsi ilə bağlı olacaq. Belə ki, Putin böyük dövlətlər tərəfindən blokadaya salınıb, izolyasiya olunub. Bütün bunların fonunda Putinin geri çəkilmək kimi bir imkanı yoxdur, çünki geri çəkilmək Putin rejiminin sonu olardı. Rusiyaya tətbiq edilən sanksiyaların da xeyri olmayacaq, ona görə ki, Rusiya müharibədən əvvəl özü üçün ehtiyat resurslar yaradıb”. 

Politoloq Rusiyanın bu günlərdə aktiv əməliyyatlar aparmamasının səbəblərini də açıqlayıb:

"Ukrayna cəbhəsindəki itkilər fonunda Rusiya ordusunun yenidən toparlanmasına ehtiyac var. Bu gün müharibənin yenidən səngiməsinin əsl səbəbi də Rusiya ordusunun yeni qüvvələrlə qruplaşması prosesinə hazırlıqdır. Bu qruplaşmalar həm Krım, həm də Belarus istiqamətindən əməliyyatlara qoşulacaq. Düşünürəm ki, müəyyən zaman ərzində Rusiya yenidən aktiv hücumlara keçəcək. Rusiya artıq B planına keçib. Belə ki, daha çox əsgərin ölməməsi üçün daha çox şəhərlərin dağıdılması nəzərdə tutulub. Biz bunu Qroznuda və Suriyada müşahidə etmişik. Bu gün eyni proses Ukraynada davam edir. Lakin bu siyasət də keçərli olmayacaq, çünki Ukraynada ordu və xalq birliyi mövcuddur. Rusiya  ordusuna may ayının 9-a qədər Ukraynanın tamamilə işğal olunması əmri verilib. Bu da Böyük Vətən müharibəsinin ildönümü ilə əlaqədardır. Artıq Rusiya ordusu buna istiqamətlənib”. 

Əzizə Zeynal 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Manatın məzənnəsi ilə bağlı MÜHÜM AÇIQLAMA

Mərkəzi Bank xəbər verir ki, 28.02.2025-ci il tarixində pul bazası 19 milyard 842 milyon manat təşkil edib. Bu da o deməkdir ki, 2025-ci ilin fevral ayında...

Bayramovun son şərti - Ermənistan sülh üçün nə etməlidir?

Xəbər verdiyimiz kimi, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında Ermənistanla sülh sazişinin mətni ilə bağlı danışıqlar prose...

Paytaxt sakinlərinə: ÇAĞIRIŞ: Martın 15-də...

Yazın gəlişi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şənbə günü, mart ayının 15-də paytaxtda ümumşəhər iməcliyi və ağacəkmə aksiyası keçiriləcək. &...

Qeyri-iş günlərində Həcc ziyarətinə sənəd qəbulu davam edəcək?

Mart ayının 20, 21 günlərini çıxmaq şərti ilə Həcc ziyarətinə sənəd qəbulu digər günlərdə davam edəcək.   Sfera.az xəbər verir ki, bunu Trend-in sorğ...

Bu ilin ilk Ay tutulması başladı

Bu ilin ilk Ay tutulması Bakı vaxtı ilə saat 07:57-dən etibarən başlayıb.   Sfera.az xəbər verir ki, bu 2025-ci ilin tam Ay tutulmasıdır.   ...

Azərbaycanda dərs vaxtı şagirdi qaçıran şəxsin KİMLİYİ BİLİNDİ

Goranboyda 15 yaşlı qızı qaçıran şəxsin kimliyi məlum olub.   Sfera.az xəbər verir ki, 2010-cu il təvəllüdlü Z.B.-ni qaçıran şəxs 1996-cı il təv...