"Rusiya Qərbi pərt etmək üçün..." - Şoyqu ilə bağlı müəmma açılır?

"Rusiya müdafiə naziri Sergey Şoyqunun indi qayğıları çoxdur. İndi ictimaiyyətlə əlaqələr üçün yaxşı vaxt deyil. Bu, tamamilə başa düşüləndir”. Bunu ötən gün Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov söyləyib. O, müdafiə nazirinin xəstə olması ilə bağlı iddialara cavab verməkdən yayınıb: "Bu sualla bağlı Müdafiə Nazirliyi ilə əlaqə saxlamağı tövsiyə edirəm”.

Bəs, Şoyqu hardadır?

Bu barədə Sfera.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov xatırladıb ki, Kreml sözçüsünün qeyd edilən açıqlamanı verdiyi bir vaxtda Sergey Şoyqu barədə başqa bir informasiya da yayılıb:

""RİA Novosti”nin məlumatına görə, nazir martın 24-də müşavirə keçirib. Agentlik iddia edir ki, iclasda Qərb ölkələrinin Rusiyanın müdafiə sənayesinə tətbiq etdiyi sanksiyalar müzakirə olunub. Toplantının yekunlarına əsasən ölkə rəhbərliyinə hesabat üçün konkret təkliflər hazırlanıb. Dünən generalın fəaliyyəti barədə başqa xəbərlər də yayıldı. Bunlar həqiqət də ola bilər, ictimai rəyi toparlamaq üçün atılmış "yem" də. Hər halda Peskovun açıqlaması iddialara son qoymaqdan ötrü kifayət deyil. Daha yaxşı olardı ki, Şoyqu özü ictimaiyyətin qarşısına çıxsın. Beləliklə, camaatda şübhə yeri qalmazdı”.

Müsahibimiz qeyd edib ki, həm də bu, ən çox Kremlin özünə lazım idi:

"Çünki beləliklə, Rusiya Qərbi "pərt edə" bilərdi. İkinci bir tərəfdən, agentlik müdafiə nazirinin iclas keçirdiyinə dair foto və video yaymayıb. Adi cümlələr isə indiki gərgin məqamda "suları durultmaq" üçün kifayət qədər yetərli deyil. Şoyqu sağ da, işinin başında da olsa, müharibə edən bir ölkənin müdafiə naziri haqqında müxtəlif iddiaların yayılması yaxşıya işarə deyil. İddialar çox, münasibətlər qeyri-müəyyəndir. Sual isə konkretdir: Şoyqu haradadır?”.

Qeyd edək ki, Rusiyanın müdafiə naziri sonuncu dəfə martın 11-də mediaya açıqlama vermişdi. O bildirmişdi ki, Ukraynadakı müharibəyə Yaxın Şərqdən könüllülər cəlb oluna bilər. Bundan sonra isə onun adına ancaq Rusiya rəsmilərinə qarşı tətbiq edilən sanksiyalar siyahısında rast gəlinmişdi.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Manatın məzənnəsi ilə bağlı MÜHÜM AÇIQLAMA

Mərkəzi Bank xəbər verir ki, 28.02.2025-ci il tarixində pul bazası 19 milyard 842 milyon manat təşkil edib. Bu da o deməkdir ki, 2025-ci ilin fevral ayında...

Bayramovun son şərti - Ermənistan sülh üçün nə etməlidir?

Xəbər verdiyimiz kimi, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında Ermənistanla sülh sazişinin mətni ilə bağlı danışıqlar prose...

Paytaxt sakinlərinə: ÇAĞIRIŞ: Martın 15-də...

Yazın gəlişi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şənbə günü, mart ayının 15-də paytaxtda ümumşəhər iməcliyi və ağacəkmə aksiyası keçiriləcək. &...

Qeyri-iş günlərində Həcc ziyarətinə sənəd qəbulu davam edəcək?

Mart ayının 20, 21 günlərini çıxmaq şərti ilə Həcc ziyarətinə sənəd qəbulu digər günlərdə davam edəcək.   Sfera.az xəbər verir ki, bunu Trend-in sorğ...

Bu ilin ilk Ay tutulması başladı

Bu ilin ilk Ay tutulması Bakı vaxtı ilə saat 07:57-dən etibarən başlayıb.   Sfera.az xəbər verir ki, bu 2025-ci ilin tam Ay tutulmasıdır.   ...

Azərbaycanda dərs vaxtı şagirdi qaçıran şəxsin KİMLİYİ BİLİNDİ

Goranboyda 15 yaşlı qızı qaçıran şəxsin kimliyi məlum olub.   Sfera.az xəbər verir ki, 2010-cu il təvəllüdlü Z.B.-ni qaçıran şəxs 1996-cı il təv...