Zakir Həsənov Şoyqu ilə Qarabağı müzakirə etdi
Gündəm
13:59 / 25.03.2022
1335
Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Azərbaycanın müdafiə naziri Zakir Həsənov telefonla Azərbaycanın Qarabağ bölgəsində vəziyyətin sabitləşdirilməsi yollarını müzakirə ediblər.
Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Müdafiə nazirləri vəziyyəti sabitləşdirmək və təhlükəsizliyi qorumaq yollarını müzakirə ediblər”, - nazirlikdən bildirilib.
Qeyd ediblər ki, tərəflər sülhməramlı əməliyyatın gedişi və onun həyata keçirildiyi zonada humanitar vəziyyətlə bağlı da fikir mübadiləsi aparıblar.