Məcburi köçkünlərə bu müavinət verilməyəcək - DƏYŞİKLİK

Məcburi köçkünlərə bu müavinət verilməyəcək - DƏYŞİKLİK

Bu il dekabrın 31-dən sonra doğulacaq məcburi köçkün uşaqlarına yemək xərci üçün aylıq müavinət verilməyəcək.

 

Sfera.az APA-ya istinadən bildirir ki, bu, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qərarı ilə edilən "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”da edilən dəyişikliklərdə əksini tapıb.

 

Təlimata dəyişikliklər bu gündən qüvvəyə minib.

 

Digər dəyişikliyə əsasən, Azərbaycanın məhkəmə orqanlarına hakim təyin olunan, habelə kommersiya hüquqi şəxsi kimi dövlət qeydiyyatına alınmış sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə isə bu gündən yemək xərci üçün aylıq müavinət verilməyəcək. Məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan 3 il müddətində əvvəlki yaşayış yerinə geri qayıtmış və ya qayıtmamış şəxslərə də bu müavinətlərin verilməsi dayandırılacaq.

 

Digər dəyişiklik hüquq-mühafizə orqanlarında xidmət (qulluq) edən məcburi köçkünlərlə bağlıdır. İndiyə qədər hüquq-mühafizə orqanlarında xidmət (qulluq) edən və qanunvericiliklə müəyyən olunmuş qaydada ərzaq payı əvəzinə verilən pul kompensasiyası alan məcburi köçkünlərə yemək xərci üçün aylıq müavinət verilməyib.

 

Dəyişikliyə əsasən, bundan sonra yalnız hüquq-mühafizə orqanlarında xidmət (qulluq) edən zabitlərə yemək xərci üçün aylıq müavinət verilməyəcək.

 

Yəni bundan sonra zabit olmayan, hüquq-mühafizə orqanlarında xidmət (qulluq) edən və qanunvericiliklə müəyyən olunmuş qaydada ərzaq payı əvəzinə verilən pul kompensasiyası alan məcburi köçkünlər yemək xərci üçün aylıq müavinət alacaqla



OXŞAR XƏBƏRLƏR

İsveçin müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırıldı

İsveçin müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. ...

İkili diplomu olan tələbələrin sayı açıqlandı

2024-2025-ci tədris ilində beynəlxalq ikili diplom proqramları üzrə təhsil hüququ qazanan və məzun olan şəxslərin sayı açıqlanıb.    Sfera.az xə...

"Mobil tətbiq üzrə rəqibimiz yoxdur" - Nadir Babazadə

"Mobil tətbiq üzrə özümüzə rəqib görmürük".   Sfera.az xəbər verir ki, bunu bu gün keçirilən ABB İnvest şirkətinin fəaliyyətinə dair mətbu...

Bakıda dərzi iş yerində öldü

Bakıda dərzi işlədiyi sexdə vəfat edib.   Sfera.az xəbər verir ki, hadisə Səbail rayonu Nizami küçəsi 84-də yerləşən dərzi sexində baş verib. &nbs...

Şəxsiyyət vəsiqələrində mühüm DƏYİŞİKLİK – Yeni QANUN qəbul edildi

Azərbaycanda şəxsiyyət vəsiqəsinin üzərində olan məlumatlara şəxsin ünvanı da əlavə olunacaq. Bu, Milli Məclisdə müzakirəyə çıxarılan “Azərbaycan Respubli...

Oğuzda ağac kəsiminə görə polisdə cinayət işi başladı

Oğuzun Xalxal kəndində meşə təsərüfatına vurulan zərərlə bağlı istintaq araşdırmaları aparılır.   DİN-in Mətbuat xidmətinin regional qrupundan Sfera....